Müstəqim Məmmədov xidməti avtomobilini "Naz Lifan"la əvəzləyəcək- Başçıdan rəqiblərinə gözəl örnək
Bir neçə gün öncə ölkə mediasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonda Dövlət Yol Polisi (DYP) avtomobillərinin müşayiəti ilə "kortej” və mühafizəçilərlə gəzməsi barədə məlumatlar yayılmışdı.
Barəsində yayılan xəbərlə bağlı ötən gün mediaya açıqlama verən RİH-nin başçısı məlumatın əsassız olduğunu bildirib. "Yalandan ağıllarına gələni yazırlar, hamısı ağ yalandır. Rayonda hər kəs yaxşı bilir ki, mən insanların içərisində olan icra başçısıyam. Ümumiyyətlə, daxili işlər naziri Ramil Usubov icra başçılarını görə Dövlət Yol Polisi əməkdaşlarına elə səlahiyyət verər ki, polis icra başçılarının avtomobillərini müşayiət etsin, yolları bağlasın? Təbii ki, yox! Mən bütün günü piyada camaatın içərisində oluram. Mən gün ərzində heç öz xidməti avtomobilimə 1 saat oturmuram, bütün günü piyada gəzirəm, insanlarla görüşürəm.”- deyə, M. Məmmədov bildirib. Tərtər rayonundan verilən məlumata görə, Müstəqim Məmmədov həqiqətən də xidməti maşınından az istifadə edib. Belə ki, Fevral ayının 2-də "Gənclər günü" münasibətilə rayonda düzənlənən tədbirə də RİH-nin başçısı piyada gedib. Tərtər rayonundan saytımıza verilən məlumata görə, Müstəqim Məmmədov həmişə sadə davranışı ilə tərtərlilərin rəğbətini qazanıb.
Məlumatda daha sonra vurğulanır ki, Müstəqim Məmmədov yaxın ətrafına xidməti avtomobilini "Naz-Lifan" modeli ilə əvəzləmək istədiyini bildirib. Deyilənə görə başçı bu seçimi ilə yuxarı instansiyaların da rəğbətini qazanmağı planlaşdırır.
Xatırladaq ki, Tərtər RİH-nin başçısının hazırkı xidməti maşını sedan tipli olduğu üçün başçı rayon ərazisinə, xüsusən də sərhədyanı kəndlərə səfərləri zamanı onun xidmətindən maksimum yararlana bilmir. Böyük ehtimalla başçı seçim edərsə "Naz Lifan" modellərindən "Naz Lifan 720” modelinə üstünlük verəcək. Qeyd edək ki, "Naz Lifan 720" modeli 1.8 mühərrikə malik olmaqla ekonomikdir. Komfort salona və güclü çarxlara sahib olan avtomobili kreditlə də əldə etmək mümkündür.
Siam.az
Tarix: 6-02-2017, 08:38