Bərdədə “yaşıllıq cəlladları”iş başında -FOTOLAR
Bərdə rayonu, “yaşıllıq qətliamı”... Nə sirdirsə bu rayonda demək olar ki, hər gün qanunsuz ağac kəsilir.
Kəsilən ağacların yerində isə çoxmərtəbəli binalar, obyektlər tikilir. Çoxunun da yerli icra hakimiyyəti tərəfindən imzalanmış sənədi olur. Maraqlıdır, elə deyilmi? Bu dəfə isə məsələ bir az fərqlidir.
Bərdə rayonu Babək küçəsində olan "Avto yuma" məkanının önündə olan ağacları kəsiblər. Tez-tələsik bir neçə ağacın yerini betonlayıblar. Geridə qalanlara isə vaxt edə bilməyiblər. Mərkəzi Poçtun qarşısında 6 ədəd qədim çinarı gecə saat 3 -6 arası izin itiriblər.
Bu haqda Bərdə rayon sakinləri xəbər veriblər. Onların sözlərinə görə, gizlicə, bayram günlərində və gecə saatlarında ağacları kökdən kəsiblər: "Baş qarışıqlığından istifadə etdilər, ağacları kəsdilər. Deyilənlərə görə, obyektin önünü artırmaq istəyirlər. Ağaclar da bunlara mane olurmuş. Buna görə də, o qədər ağacı kəsiblər".
Sakinlərin sözlərinə görə, burada əvvəllər 10-a yaxın ağac olub: "Heç biri də qoca deyildi. Yayda kafe işçiləri bura masa qoyurdular. Kölgəsində poçta gələnlər dincəlirdilər. Ağacların onlara faydası var idi. Amma yenə də həmin ağacları kəsdilər".
Şikayəti nəzərə alıb, adıçəkilən əraziyə yollandıq. Gördüklərimiz deyilənləri doğruladı. Görüntü və təmizlik cəhətdən bura hansısa səhraya bənzəyir. Hətta ağacların kəsilmə səbəbini soruşmaq üçün məsuliyyətli bir kimsəni tapmadıq..Sanki Bərdədə ETSN-in ərazi idarəsi yerli-dibli yox imiş.
Ərazini bəlkə də bir az normal göstərən, bərbad görüntüsünü qapadan elə bu ağaclar olub. İndi o "örtüklər" də yoxdur.
Nəsə öyrənmək üçün kimə müraciət etdiksə dedilər ki, ağac kəsimindən xəbərləri yoxdur: "Biz sadəcə adamlarıq və heç nədən xəbərimiz yoxdur.
BƏRDƏDƏ EKOLOGİYA "ŞEFinin" isə nə oturduğu yeri bilirlər, nə də əlaqə telefonunu. Bu səbəbdən "Ağacları niyə kəsmisiniz" və ya "Ağacları kim kəsib" sualını verə bilmədik. Ancaq adı deyəsən Mübariz müəllimdir.."ŞEF"-in adı.....
Tarix: 18-02-2017, 15:24