Daha bir cəbhəçi şərlənərək həbs edilib

Daha bir cəbhəçi şərlənərək həbs edilib AXCP-nin siyasi məhbus siyahısına daha bir cəbhəçi əlavə olundu – AXCP Neftçala rayon şöbəsiinin gənc fəalı Elnur Fərəcov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə saxta ittihamla şərlənərək həbs olunub.

Bu barədə “Azadlıq”a AXCP Neftçala şöbəsinin sədri Əflatun Əhmədzadə məlumat verib.

Şöbə sədrinin dediyinə görə, Elnur Fərəcov AXCP Neftcala rayon şöbəsinin Gənclər Komitəsinin fəallarındandır. O, əvvəllər də bir neçə dəfə inzibati qaydada müxtəlif müddətə həbs olunub:

“Elnur Fərəcov 2016-cı il dekabrın 9-da şərlənərək həbs olunub. Ona Cinayet Məcəllsinin 234.2 maddəsilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) cinayət işi qaldırılıb”.
Tarix: 22-02-2017, 08:03
Xəbəri paylaş





Xəbər lenti