Sabirabadda rüsvayçılıq-Məktəblərə zorla kitab satılır-İDDİA

Sabirabadda rüsvayçılıq-Məktəblərə zorla kitab satılır-İDDİA Vətəninfo.az-ın elektron ünvanına sabirabad rayonundan daxil olan məlumatda iddia edilir ki,Sabirabadda məktəb direktorlarına tapşırılıb ki, hərəsi dövlət başçısının 2 kitabını alsınlar. Məlumata görə, bunu təhsil şöbəsində keçirilən iclasda icra hakimiyyətinin muavini Şahnaz Babayeva deyib. Xanım müavin bildirib ki,kitabın dəyəri 25 manatdır, kim 30 manat verərsə başının ucalığıdır. "Onu da bilin ki almaq öz xoşunuza deyil, heç kim bəhanə gətirməsin”-dediyi qeyd edilən xəbərdə o da iddia edilir ki, xanım muavin Şahnaz Babayeva rayon icra hakimiyyətinin başcısı Nazim İsmayılovun adından onu da direktorlara çatdırıb ki, kitabı almaq məcburidir. Məlumata görə, indi direktorlar necə deyərlər iki daş arasında qalıblar. Bilmirlər ki "nəğd pulla heç nə almayın” deyən Təhsil nazirliyini eşitsinlər, yoxsa icra hakimiyyətinin muavini Şahnaz xanımı.Məktəb direktorları artıq sözlərini bir yerə qoyub Prezidentə müraciət etmək qərarına gəliblər.



Redaksiyadan: Məlumatda iddia edilənlərlə bağlı Sabirabad rayon İH başçısının müavini Şahnaz Babayevanın da mövqeini dərc etməyə hazırıq.
Tarix: 24-02-2017, 00:37
Xəbəri paylaş





Xəbər lenti