Əhməd Əhmədzadənin kadrı Soltan Camalovun sahibkarlara zülmü…

Əhməd Əhmədzadənin kadrı Soltan Camalovun sahibkarlara zülmü… Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov rayonda anarxiya yaradıb

Tərəfdar.az-a daxil olan şikayət məktublarında Qax Suvarma Sistemləri İdarəsinin sədri Soltan Camalovun yarıtmaz fəaliyyəti nəticəsində yerli fermerlərin işində ciddi problemlərin yarandığı bildirilir. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarə rəisi bir çox yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Quraq keçən illərdə işlər daha çox problemli olur. Çayların suyunun azaldığı dövrdə isə su ehtiyatının yaradılması üçün operativ tədbirlər həyata keçirilmir.

Qax Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin böyük bir hissəsi idarə müdiri tərəfindən mənimsənildiyi iddia edilir. Tərəfdar.az-a daxil olan məluamta görə, Soltan Camalov sənədlərdə qiymətləri şişirtməklə yanaşı, həm sadəcə satınalma sənədlərini saxtalaşdırmaqla da məşcul olub. Yəni sənədlərdə nələrinsə alınması göstərilsə də, əslində heç bir şey alınmır, sadəcə külli miqdarda pullar silinir. Və beləcə dövlətə külli miqdarda ziyan vurur.

Tərəfdar.az araşdırma qrupu Soltan Camalov haqda internet üzərində qısa araşdırma apardıq. Araşdırmamız nəticəsində məlum oldu ki, mediada S.Camalov barədə heç də müsbət fikirlər yazılmır.
İddiaya görə, idarə rəisi Soltan Camalovun Qaxda böyük səlahiyyətə malik olmasının səbəbi Meliorasiya və Su Təsərrüfatının sədri Əhməd Əhmədzadəyə yaxın qohum olması ilə bağlıdır. Belə ki, rayonda İcra başçısından başqa heç kəsi saymadığı halda S.Camalov Əhməd Əhmədzadəni belə tənqid etməkdən çəkinmir. Yəni Qaxda mənəm,Bağdad da kor xəlifə anlayışı. Yəqin ki, Soltan Camalovun Qaxdakı “fəaliyyətindən” hörmətli icra başçısı Musa Şəkiliyevin xəbəri var. Və arxalandığı məmur Əhməz Əhmədzadənin yaxın günlərdə mediada yazılanlarla bağlı ölçü götürəcəkdir.
Daha bir maraqlı xəbər ondan ibarətdir ki, Qax rayon icra başçısı Musa Şəkiliyev, Soltan Camalovu özünə rəqib bilir. Daxil olan məlumata görə,idarə rəisi S.Camalov özünü başçı postuna hazırlayır. Beləliklə rayonda “klan” davası getməkdədir. Maraqlıdır, qalib kim olacaq?

Sonda onu qeyd edək ki, Soltan Camalov öz fəaliyyətsizliyi ilə rayon ictimaiyyəti arasında mənfi imic formalaşdırıb. Və, sakinlərin ən çox şikayətləndiyi şəxslər arasında məhz Soltan Camalovun adı birinci çəkilir.

Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.
Tarix: 26-02-2017, 20:32
Xəbəri paylaş





Xəbər lenti