Əhmədzadənin işçiləri təftiş olunur - Belə deyirlər...

Əhmədzadənin işçiləri təftiş olunur - Belə deyirlər... İmişli Suvarma Sistemləri İdarəsinin tabeliyində olan, zibillə dolmuş su kanalın təmizlənməsi həmin müəssisədə hal-hazırda Adut yoxlamasının olması ilə üst – üstə düşür.

Xatırladaq ki, İmişlidə rayon mərkəzindən keçən MTS adlı kanalın üzərində müxtəlif təyinatlı kommersiya obyektlərinin inşa edilməsindən sonra təmiz su mənbəyi olmaq əvəzinə, zibil yığını olan bu ərazi ilə bağlı dəfələrlə Conflict.az-da SOS məqsədli məlumatlar dərc edilib. İmişlidə Əhməd Əhmədzadənin rəhbərlik etdyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan Suvarma Sistemləri idarəsinin balansında olan bu kanalın üzərində onlarla müxtəlif məqsədlərə xidmət edən obyektlər inşa edilib. Əslində su kanalının zibilliyə çevrilməsinə ən böyük səbəb də elə bu tikililərin kanalın üstünü örtməsidir. Dəyərli oxucuların diqqətinə çatdıraq ki, həmin obyektlərin tikilməsi üçün icazə arayışı məhz İmişli Suvarma Sistemləri İdarəsi tərəfindən verilir. Tikintiyə icazə Sərəncamını isə təbii ki, İmişli rayon icra hakimiyyətiin başçısı imzalayır. Bəlkə də öncə İmişli Suvarma Sistemləri İdarəsi ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev İmişlini Venetsiya kimi ”su üzərində şəhər”ə çevirməyi hədəfləmişlər. Amma sonucda şəhər hər iki qurumun “fəaliyyəti” nəticəsində MTS adlı kanal vasitəsilə zbillə sərhədləndi. Rayon sakinlərindən əldə edilən məlumat əsasında Conflict.az-ın əməkdaşının əraziyə ezam olunduğu vaxt görünən mənzərə ürəkbulandırıcı idi. Müxtəlif məişət tullantılarının töküldüyü kanalın ətrafı üfunət qoxuyurdu. Onu da qeyd edək ki, bu və ya digər məsələlərlə əlaqədar Əhməd Əhmədzadəyə tabe olan İmşlidəki dövlət qurumları ilə bağlı araşdırmalarımız zamanı dəfələrlə media olaraq təhdid edilmişik. Halbuki İmişli Suvarma Sistemləri idarəsinin nəzarət etməli olduğu kanalın nəinki mühafizə zolağı, hətta hər iki sahili, üstü belə ayrı – ayrı şəxslərə məxsusdur. Hətta bəzi tikili sahibləri işlərini bir az da etibarlı tutaraq, sahib olduqları obyektlərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməsinə də nail olublar. O zaman aidiyyatı strukturlara sual belə ünvanlamışdıq ki: Görəsən tikilinin özəlləşdirilməsi üçün İmişli rayon icra hakimiyyəti də, daxil olmaqla, İmişli Suvarma Sistemləri idarəsi və digər qurumlar ərazinin sahəsini hansı prinsiplə hesablayıb sənəd təqdim ediblər? Nədən minlərlə sakini olan bir şəhərin əhalisi hər gün bu biabrçılıqların şahidi olmalı, yay-qış zibil qalaqlarının üstündən keçib, üfunət qoxusunu udmalıdırlar? Xatırladaq ki, İmişlidə Əhməd Əhmədzadənin rəhbərlik etdyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan Bəhramtəpə Hidroqovşaq idarəsi, Kollektorların İstismarı və Bərpası idarəsi, İmişli Suvarma Sistemləri idarəsi, Mərkəzi Mil - Muğan Qişlaqlarının Su ilə Təminatı idarəsi fəaliyyət göstərir. Kollektorların İstismarı və Bərpası və İmişli Suvarma Sistemləri idarələrinə nəzarət funksiyası Fövqəladə Hallar nazirliyinə həvalə ediləndən sonra illərlə baxımsızlıqdan kənarları keçilməz kollarla “sərhədlənmiş”, içərisi texniki avadanlıqlar vasitəsilə uzun müddət təmizlənmədiyi üçün bərbad vəziyyətdə olan kanalların qısa müddətdə ikitərəfli qazma və təmizləmə işlərinə start verildi. Və o zaman bu sualı da vermişdik ki: Həmin su kanallarına nəzarət funksiyası Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişlidəki müəssisələrində olduğu dönəmdə bu işləri görmək mümükün deyildimi?

Ötən gün İmişlidəki mənbədən əldə etdiyimiz məlumtda bildirilir ki, Conflict.az-ın uzun müddətdir qaldırdığı məsələ, İmişlidə şəhərin mərkəzindən keçən MTS adlı su kanalının təmizlənmə işlərinə start verilib. Mənbənin əldə etdiyi məlumatda o da bildirilir ki, İmişli Suvarma Sistemləri İdarəsinin tabeliyində olan, zibillə dolmuş su kanalın təmizlənməsi həmin müəssisədə hal-hazırda Adut yoxlamasının olması ilə üst – üstə düşür. Fürsətdən istifadə edərək komissiya üzvlərinin diqqətinə nöqsanların aradan qaldırılmasına yardımçı olacaq bir məqamı da çatdırmaq istəyirik: İmişlidə rayon mərkəzindən keçən MTS adlı su kanalının təmizlənməsi üçün dövlət büdcəsindən ayrılan vəsait aidiyyatı üzrə xərclənibmi? Əgər xərclənibsə, təmizləmə işləri qanunla və ya təlimatla nəzərdə tutulan zamanda sonuncu dəfə nə vaxt aparılıb? Və nəhayət kanalın bu qədər zibillənməsi qanunla və ya təlimatla müəyyən edilmiş son təmizləmə işlərindən sonra mümkündürmü?
Yuxarıda qeyd olunduğu kimi biz media olaraq, şahidi olduğumuz problemləri qaldırdığımız zaman Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan qurumlardan birinin rəhbəri gec saatlarda və sərxoş vəziyyətdə Conflict.az-ın nümayəndəsi ilə bütün etik normaları pozaraq “kabadayı” jarqonu ilə telefonla danışmışdı. Əslində isə Ulu Öndər deyirdi ki: “Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır.” Bu “kabadayı” jarqonlu hədə - qorxular MST ASC tərəfindən rayonun Hacırüstəmli kənd sakinlərinin probleminin həlli üçün görəvləndirilmiş Fazil Pənahovun “qarşılanıb – yola salınması törənidən” sonraya təsadüf etmişdi. Ulu Öndər onu da deyirdi ki: "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir.” Əldə etdiyimiz məlumata görə Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişlidəki qurumlardan birinin rəhbəri uzun illər “qara mətbuatı” qüdrətli vasitə hesab edirmiş. Elə ona görə də həqiqəti yazanlarla “kabadayı” jarqonu ilə danışaraq məhkəmələrlə hədələyirmiş.
Əhməd Əhmədzadəyə tabe olan İmişlidəki qurumlarda Audit yoxlamaları artıq başladı
Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dinləməyə hazırıq.
Tarix: 1-03-2017, 10:45
Xəbəri paylaş





Xəbər lenti