Başçı müavini Xocalı faciəsi günü Xocalı sakinini döydürüb – Foto

Başçı müavini Xocalı faciəsi günü Xocalı sakinini döydürüb – Foto Şəkildə gördüyünüz bu şəxs – Adil Muğan oğlu Həsənəliyev Xocalı sakinidir. 24saat.org-a daxil olan məlumata görə, fevralın 26-da, yəni faciənin 25-ci ildönümündə Xocalı sakini Adil Həsənəliyev döyülüb.

Adil Muğan oğlu Həsənəliyev
Başçı müavini Xocalı faciəsi günü Xocalı sakinini döydürüb – Foto
O, Ağcabədi Rayon İcra Hakimiyyətinin 1-ci müavini Rövşən Əhmədovun adamları tərəfindən vəhşicəsinə döyülüb. Adil Həsənəliyev hadisədən sonra deyib ki, 25 il əvvəl heç ermənilər tərəfindən bu qədər vəhşilik görməmişdi.

Adil Həsənliyevi döyən şəxslərə lazımı cəzalar verilmir. Hadisənin detalları açıqlanmır. Xocalı sakini faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Amma indiyə qədər zərər çəkmiş şəxsin hüquqları təmin olunmayıb. Onun döyülməsinin səbəblərini araşdırarkən 1-ci müavini Rövşən Əhmədov haqda bəzi məlumatlarə əldə etmişik.

Ağcabədi Rayon İcra Hakimiyyətinin 1-ci müavini Rövşən Əhmədov
Mediada gedən xəbərlərə görə, Rövşən Əhmədov 2006-cı ilə qədər sürücü olub. İcra başçısı əvvəlcə onu “JEK” rəisi təyin edib. Rövşən Əhmədovun “bacarığı” bir müddət sonra onun vəzifəsinin artmasına səbəb olub.

24saat.org-un mediaya istinadla verdiyi məlumata görə, Şahin Məmmədov əvvəlcə onu Mənzil Kommunal Təsərrüfat Birliyinə rəis, daha sonra isə Ağcabədi şəhərinin icra nümayəndəsi təyin edib. Bir müddət sonra Rövşən Əhmədov başçının birinci müavini vəzifəsinə təyinat alıb.
Rövşən Əhmədovla qalmaqallı olaylardan biri də onun hərbi xidmətdən yayınması ilə bağlı arayışdır. Hələ bir neçə il əvvəl sahibkar Teyyub Eminov Rövşən Əhmədovun qanunsuz əməllərilə bağlı mətbuat konfransı keçirmişdi.
Başçı müavini Xocalı faciəsi günü Xocalı sakinini döydürüb – Foto

Ağcabədi Rayon İcra Hakimiyyətinin 1-ci müavini Rövşən Əhmədov

Həmin vaxt sahibkar media nümayəndələrinə bir sənəd nümayiş etdirmişdi. Hərbi komissarlığa təqdim edilən həmin sənəddə yazılıb ki, Rövşən Əhmədov psixi çatışmazlığı olduğuna görə hərbi xidmətə yararlı deyil.

24saat.org arxiv materiallarında başqa bir insidentdə R.Əhmədovun adının çəkilməsini təsbit edib. Belə ki, illər əvvəl Ramiz adlı rayon sakini xəstə uşağını təcili olaraq xəstəxanaya çatdırmaq üçün Rövşən Əhmədovun yaşadığı küçədən keçərkən maşını sürətlə sürüb.
Bu zaman R.Əhmədovun qardaşı Əliş Əhmədov maşını saxladıb və heç bir sorğu-sual etmədən Ramizin üzərinə atılıb. Rövşən Əhmədov da qardaşına qoşularaq sürücünü yerə yıxıb təpikləyiblər.

Üstəlik, sürücüyə bir neçə bıçaq zərbəsi endirilib. O zaman Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ələstun Quliyev isə hadisənin baş verdiyini təsdiqləyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 3-03-2017, 21:56
Xəbəri paylaş





Xəbər lenti