Taleh Qaraşov Lənkəranı tənəzzülə uğradıb - İTTİHAM VAR

Taleh Qaraşov Lənkəranı tənəzzülə uğradıb - İTTİHAM VAR Lənkəran rayonuna Taleh Qaraşov icra başçısı təyin olan gündən şəhər günü gündən tənəzzülə uğrayır. Əhalidə günü gündən narazılıqlar yaranır. Prezident Adminstrasyasına ən çox şikayət məhz Lənkəran rayonunun icra başçısındandır. İcra başçısı Taleh Qaraşov rayonu özəl mülkünə çevirib. Baxmayaraq ki, Taleh Qaraşovun yarıtmaz fəaliyyəti rayonda narazılıqlara sabəb olub, əfsuslar olsun ki, icra başçısı özbaşınalıqlarını davam etdirməkdədir.

Bununla bağlı yeniaxtaris.az-ın elektron ünvanına ğöndərilən daha bir şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: “Lənkəranın icra başçısı Taleh Qaraşovun rayonda özünə əsas gəlir sahələri yaratdığı kimsəyə sirr olan məsələ deyil. Bildirək ki, Lənkəranda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb. Bununla yanaşı Taleh Qaraşov Azərbaycanın digər rayonlarında da müxtəlif obyektlərə sahibdir. Həmin siyahını olduğu kimi diqqətinizə çatdırırıq. Taleh Qaraşovun obyektlərindən biri “Göl” adlanan restorandır ki, ora əxlaqsızlıq yuvası kimi tanınır. İcra başçısının bu obyektini isə qohumları işlədir. Taleh Qaraşovun digər bir biznes sahəsi Kürdəmirdə 1000 hektara yaxın sahəsidir ki, orda 10 mindən çox iri buynuzlu heyvandarlıq təsərrüfatı var. Bunlardan gözü doymayan icra başçısının Lənkəranda satmadığı ərazi qalmayıb. Onun Lənkəranda ələ keçirdiyi ikinci ən böyük obyekt isə “Xan bulaq” deyilən ərazidə restoranlar şəbəkəsidir. Bu restoranlarda icra başçısının yaxın adamları yay mövsümündə dincəlməyə gəlirlər. Xüsusilə də Taleh Qaraşovun hüquq-mühafizə orqanlarında çalışan oğlu başının dəstəsilə həmi ərazidə çox vaxtını keçirir.

Bundan başqa, Taleh Qaraşov bir sıra işlərə də start verib. Məsələn, icra başçısı «Xan bulaq»da qonaq evinin ərazilərini özünün yaxınlarına peşkəş edib. Hazırda bu ərazidə şıdırğı tikinti işləri gedir. Taleh Qaraşovun şəriki isə Prezidentinin Administrasiyası rəhbərinin müavini və Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir. Məhz Taleh Qaraşovun Lənkərandakı özbaşınalıqlarına və müxtəlif maxinmaqasiyalarına bu adam “krışalıq” edir. Elə bu baxımdan da PA-ya icra başçısından olunan şikayətlər baxımsız qalır. Bir sözlə Lənkəran artıq Taleh Qaraşovun özəl mülkü hesab olunur. Adı bir çox qalmaqallarda hallanan, hər il xarici dövlətlərdə dincəlməyə gedib milyonlarla hesab verən və geninə-boluna korupsiyyaya əməlləri olan icra başçısı Lənkəranda özbaşınalıqlarını davam etdirir”. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…
Tarix: 7-03-2017, 21:00
Xəbəri paylaş





Xəbər lenti