Şəki “ MERO ” sunda Vüqar Rəcabov özbaşınalığı - vətəndaşlar təhqir edilir və hədələnir - ŞİKAYƏT

Şəki “ MERO ” sunda Vüqar Rəcabov özbaşınalığı - vətəndaşlar təhqir edilir və hədələnir - ŞİKAYƏT MERO-larda özbaşınalıqlar və rüşvət halları illərdir insanlara qənim kəsilib. Belə hallar nə danışmaqla, nədəki yazmaqla qurtarar. Belə ki, Şəki şəhər İmtahan Qeydiyyat Şöbəsinin rəisi Natiq Yaqubov öz səlahiyyətlərini polis mayoru Vüqar Rəcəbliyə həvalə edib. Vüqar müəllim isə sözü gedən idarədə öz qayda qanunlarını həyata keçirir. Sürücülük vəsiqəsinə 1180 manat, dövlət nömrə nişanları isə, kim necə nömrə istəyirsə qiymətlər də ona görə dəyişir. Bu söhbətlər hələ Vüqar müəllimin kabinetinin qarşısında durub iş həll edən mayorun əhatəsində baş verir. Bütün bunları öz közlərilə görən, maşınına nömrə almaq üçün Şəki şəhər İmtahan Qeydiyyat Şöbəsinə müraciət edən xeberfakt.az saytının əməkdaşı Elnur Mahmudov , hörmətli Natiq müəllimin qeyri-rəsmi səlahiyyət verdiyi Vüqar müəllimdən narazıdır. Vüqar Rəcəblidən şikayətçi olan Elnur Mahmudov: "bu yaxınlarda Şəki şəhərində 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində oldum. Sakinlər narazı halda və təşviş içində Vüqar Rəcəblinin qoyduğu qiymətləri müzakirə edirdilər. Sürücülük vəsiqəsi alan şəxs 1050 manat verdiyini və qiymətin yaxşı olmasına görə sevinirdi. 300-400 manat alıb maşının texniki pasportunu dəyişən Vüqar müəllim kabinetinə daxil olub mayorla qəhqəhə çəkib vətəndaşlara gözaltı nəzər salırdılar. Növbə mənə çatdı. Mən özümü journalist kimi təqdim etdim. Vüqar müəllim dərhal əsəbiləşdi: “Cinayətkar tutmusan elə bil” deyərək 15 manat pulu stola atıb “götür get”- dedi. Mən, ilk növbədə bu təhqirə dözməyib mayora “4- cü hakimiyyət beləmi cılızlaşıb, dilənməyə yox öz maşınıma nömrə almağa gəlmişəm dedim. Cənab Rəcabov isə cavabında onda mənim otağıma niyə gəlmisən ged 300 manatını verl nömrəni al. Ona rüsümü bu qədər şişirtməyiniz qanunsuzdur desəm də, o, buna məhəl qoymadı. Mənə fiziki təzyiq edərək, təhqir etdi və "bu dilənçilər bezdirib məni”-dedi" otaqdan qovdu..."

Təssüflər olsun ki, Şəkidəki özbaşınalıqlardan narazı qalan çoxsaylı belə insanlar var. Ölkə mətbuatına hər gün İmtahan Qeydiyyat şöbələrində baş alıb gedən özbaşınalıqlarla bağlı yüzlərlə sakinlər müraciət edirlər...

Redaksiyaya daxil olan digər məlumatlarda isə, Natiq Yaqubovun bu "biznesdən” qazandığı pullarla Novxanı qəsəbəsi ərazisində ümumi dəyəri 280.000 AZN-ə yaxın olan bağ evi tikdirdiyi bildirilir. Yuxarıda qeyd olunanlardan görünür ki, devalvasiya Natiq müəllimə təsir etməyib. Mayor Vüqar Rəcəblinin vasitəsi lə yaxşı sərvət toplayıb...

Mövzu hələ də diqqətdədir

P.S. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq
Tarix: 8-03-2017, 22:31
Xəbəri paylaş





Xəbər lenti