Şamaxının icra başçısı yüzlərlə ailənin çörəyinə bais olur- PREZİDENTƏ ŞİKAYƏT

Şamaxının icra başçısı yüzlərlə ailənin çörəyinə bais olur- PREZİDENTƏ ŞİKAYƏT Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hüquqlarının pozulduğunu iddia edən bir qrup sahibkar ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.


Bir surəti də AFN-ə göndərilən müraciətdə sahibkarlar qurumla bağladıqları icarə müqavilələrinin vaxtından əvvəl birtərəfli qaydada pozulduğunu bildirir, bundan böyük zərər gördüklərini qeyd edirlər. Onların sözlərinə görə, yüz minlərlə mal-qaranın taleti icra başçısı Asif Ağayevi qətiyyən narahat etmir. Müraciəti kiçik redaktələrlə təqdim edirik:

Şamaxı Rayon İcar Hakimiyyətinin sərəncamı ilə istifadəmizə (icarəyə) heyvandarlıgın inkişaf etdirilməsi ücün qış və yay otlaq sahələri ayrılıb. Qanuna müvafiq qaydada 15 il müddətində torpaq icarəsi müqavilələri baglanıb. İcarəyə verilmiş torpaq sahələri təyinatı üzrə məqsədyönümlü istifadə edilib. Baxmayaraq ki, hazırda torpaq icarəsi haqqında müqavilə qüvvədədir və bu sahələrə “Torpaqlarin dövlət ehtiyacları ücün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü madəsində nəzərdə tutulan, torpagın alınmasına əsas verən hec bir dövlət ehtiyacları yoxdur, Şamaxı Rayon İcra Hakimiyyəti 2016-cı ilin dekabrında bildiriş ünvanlayaraq məlum edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.09.2016- ci il tarixli 516.S sayli sərəncamı ilə rayonun Padar masivində olan qış otlaq sahələrinin təyinatı dəyişdirilərək əkin torpaqları kateqoriyasına aid edilib. Eyni zamanda, həmin bildirişdə məlum edilib ki, Şamaxı Rayon İcra Hakimiyyəti 29.11.2016-ci il 138 saylı sərəncam ilə bizimlə baglanmış oldugu torpaq icarəsi müqaviləsini birtərəfli ləgv etməklə, torpaq sahələrinin alınmasını qət edib. Bununla bizim qanunla qorunan hüquqlarımız pozulub.

Torpaq sahəsini icarəyə götürmüş icarəci sahibkarlar olaraq öz mövcudlugumuzun iqtisadi əsasını təşkil edən qoyunculuq fermamızı istifadəmizdə və sahiblik hüququmuzda olan qış otlaq sahələri olmadan saxlaya bilmərik və müqavilə üzrə hüquq münasibətlərinə vaxtından əvvəl xitam verilməsi icarəçi olaraq biz və bizim ailəmiz ücün, hətta icarəyə verənin-Şamaxı Rayon İcra Hakimiyyətinin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədəcək. Buna görə də Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 7.20.2-ci maddəsinin tələblərinə uygun olaraq icarə müqavilələri bütün hallarda nəzərə almaqla ağlabatan olan vaxtadək bərpa olunmalı və ya uzadılmalıdır. Əgər icarəyə verən Şamaxı Rayon İcra Hakimiyyəti müqavilə üzrə hüquq münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsinə razılıq verə bilmirsə, onda xahiş edirik ki, hüquq münasibətləri aglabatan şəkildə dəyişdirilmiş şərtlərlə davam etdirilsin.

Hazırda bizi bu sual narahat edir: gələcəkdə təxminən 650 ailə və ya 3500-4000 nəfər insan haradan dolanacaq, harada işləyəcək, nə yeyəcək və nə geyinəcək? 255000-300000 baş davar, 8000-9000 baş qaramal, 1500-1700 baş iş heyvanları və 1600 baş çoban itlərinin yerləşdirilməsi ücün Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən hec bir tədbir görülmür.

Yazdıqlarılmızla əlaqədar olaraq sizdən xahiş edirik ki, Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016 ci il tarixli sərəncamı biz sahibkarların qanunla qorunan hüquqlarını kobud surətdə pozdugu və hec bir qanuni əsası olmadığı ücün ləgv edilsin və icarə müqavilələrimiz bərpa olunsun. Həmçinin Şamaxı rayon İcra Hakimiyyətinin bundan sonra da yol verə biləcəyi hüquqa zidd əmələrinə son qoyulsun.

Məsələ ilə bağlı Şamaxı RİH-lə əlaqə saxlamaq istəsək də, qurumun rəsmi internet saytındakı telefonlara etdiyimiz zənglər cavabsız qaldı. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq. Şamaxının icra başçısı yüzlərlə ailənin çörəyinə bais olur- PREZİDENTƏ ŞİKAYƏTŞamaxının icra başçısı yüzlərlə ailənin çörəyinə bais olur- PREZİDENTƏ ŞİKAYƏT
Tarix: 4-04-2017, 16:44
Xəbəri paylaş





Xəbər lenti