Neftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir

Neftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir 9 aprel 2017-ci il tarixdə Neftçala rayonu İcra Hakimiyyətinin akt zalında rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir. İclasda 100 nəfər rayon ağsaqqalı dəvət edilmişdi. Yığıncaqda Millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri cənab Fəttah Heydərov və qonaqlar iştirak edirdi. Yığıncaq iştirakçıları Ümummilli ilder Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri düzmüşlər. Rayon Ağsaqqallar Şurasının sədri olmuş mərhum professor İmamverdi Əbilovun və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyev Azərbaycanın müstəqilliyi dövründə qazanılan uğurları diqqətə çatdırmış, bu gün ölkə Prezidentinin apardığı siyasət xəttini dəstəkləyən neftçalalıların daim dövlətə və dövlətçiliyə sədaqətindən, ağsaqqal nüfuzu, ağsaqqal tövsiyəsi və təbliğatının əhəmiyyətindən danışmışdır. Rayon Ağsaqqallar Şurasının sədr müavini Zakir Sayılovun hesabat dövründə görülmüş işlər barədə hesabat məruzəsi dinlənilmiş, Rayon Ağsaqqallar Şurasının üzvü, rayon ağsaqqalı Orucəli Hüseynov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Akif Kərimov məruzə ətrafında çıxış etmişlər.

Sonra söz Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili cənab Fəttah Heydərova verilmişdir. Şura sədri Azərbaycan cəmiyyətində ağsaqqallıq missiyasının əhəmiyyətindən danışmışdır. O qeyd etmişdir ki, ağsaqqal adının şərəfini daşımaq məsuliyyətlidir. Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir. Millət vəkili onu da qeyd etmişdir ki, Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Ağsaqqal saçının ağlığı ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır.

O, ölkədə aparılan quruculuq işlərindən söz açmış, respublika ictimaiyyətinin bütün nümayəndələri tərəfindən görülən yenidənqurma və bərpa işlərinin yüksək qiymətləndirildiyini və böyük razılıqla qarşılandığını, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə və bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ağsaqqallara göstərilən diqqət və qayğıdan danışmış, ağsaqqalların nüfuzunun artmasını fəxrlə qeyd etmişdir.

Başqa çıxışçılar da öz çıxışlarında dövlət qayğısından danışaraq, Milli Ordumuzun şücaətindən bəhs etmiş, aprel döyüşlərindən də söhbət açmış, dövlətə inam və güvənlərinin sonsuz olduğunu bildirmişlər.

Yığıncaqda təşkilati məsələlər müzakirə olunmuş, Rayon Ağsaqqallar Şurasının üzvləri və təftiş komissiyasının üzvləri seçilmişdir. sonra yığıncaq iştirakçıları Rayon Ağsaqqallar Şurasının sədr müavini Zakir Sayılovu yekdilliklə rayon Ağsaqqallar Şurasına rəhbərlik etmək üçün sədr seçildi. Qərar layihəsi oxunaraq, qəbul edilmişdir.

Tədbirin sonunda rayon ağsaqqalları adından respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Mətbuat xidmətiNeftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir
Neftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir
Neftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir
Neftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir
Neftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir
Neftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir
Neftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir
Neftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir
Neftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir
Neftçala rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirilmişdir
Tarix: 12-04-2017, 22:43
Xəbəri paylaş





Xəbər lenti