Bir başçının tikinti, aqrar və brilyant biznesindən inanılmaz - Faktlar

Bir başçının tikinti, aqrar və brilyant biznesindən inanılmaz - Faktlar Nizami Ələkbərovdan sonra İsmayıllıya gələn Mirdaməd Sadıqov prezidentin ümidlərini doğrultmadı. Ölkə başçısı ona rayonda işləməyi tapşırmışdı. Bunu ilk vaxtlarda həyata keçirən icra başçısı sonra yenə ənənəvi sistemə qayıtdı

Ulus.Az-ın məlumatına görə, İsmayıllının icra başçısı öz maliyyə vəziyyətini yaxşılaşdırmaqla məşğuldur. Bunu təsdiqləyən fakt onun nəzarətindəki firmaların siyahısının mediada yayımlanmasıdır.

İsmayıllı Tikinti – 27» ASC, «Ağçay-48» və «ÜlviMİ» MMC-lər, N-L» MMC M.Sadıqovun işlərini reallaşdırır.

İcra başçısının qazanc mənbəyindən biri də aqrar sektordur. O, İsmayıllı Kənd Təsərrüfatı İdarəsinin rəis əvəzi Həsən Həsənovu himayə etməklə bu sahədən də gəlir əldə edir.

M.Sadıqov məlum hadisələrdən sonra rayon rəhbərliyinə gətirilməsini özünə olan böyük etimad kimi qəbul edib və bu səbəbdən də özünü toxunulmaz görür.

H.Həsənov kimi onun əməllərinə şərik olan vəzifəli şəxsləri başına toplayıb rayonda xanəgah qurub. İsmayıllı turizm zonasıdır, amma bura sahibkarlar o qədər də maraq göstərmirlər.

Maraq göstərənlər də rayon rəhbərliyinin qanunsuzluğu ilə üzləşərək geri çəkilirlər. Fikir versəniz görərsiniz ki, digər turizm potensiallı rayonlara nisbətən burada məşhur brendlərin obyektləri də yoxdur.

Halbuki Mirdaməd Sadıqov hər zaman deyir ki, rayonu inkişaf etdirmişəm. Rayonda meşələr qırılıb qurtarıb, amma başçı bunları bildirmir. Bir az da belə davam etsə rayonda turizm potensialı qalmayacaq.

Ulus.Az-ın media üzərindən məlumatına görə, rayondakı sosial problemlərin böyük hissəsi hələ də qalır.

Onu da deyək ki, Bakıda, eləcə də Yasamalda məşhur olan Sevda adlı qadın var. "Sələm Seva", “brilyant Seva” adı ilə tanınır. Saytlar yazır ki, Mirdamət Sadıqovun brilyant biznesini Seva idarə edir:

“Professorun brilyant biznesi var. İdarəsini Sevaya həvalə edib. Seva bu işlərdə professionaldır. Nə pulun, nə də brilyantın, eləcə də qızılın dəyərinin ölməsinə imkan vermir. Pul verir qızıl brilliant alır. Əvvəllər özü üçün məşğul idi bu işlərlə. İndi professor üçün işləyir. Sələm verir, qızıl alır. Briliant satışı ilə məşğul olur”.
Tarix: 14-04-2017, 10:33
Xəbəri paylaş





Xəbər lenti