Laçın Suvarma Sistemləri İdarəsində maaş və texnika bazarlığı - İttihamlar

Laçın Suvarma Sistemləri İdarəsində maaş və texnika bazarlığı - İttihamlar Laçın rayon Suvarma Sistemləri İdarəsinin müdiri Maşallah Sadıqov barəsində ittihamlar var

Ulus.Az-ın xəbərinə görə, son illər Laçın rayonunda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyin artırılması, şoranlaşmanın qarşısının alınması və təsərrüfatların suvarma suyu ilə təminatının yüksəldilməsi istiqamətində də heç bir iş görülməyib.

M.Sadıqov hesab edir ki,Suvarma sistemlər idarəsi bunun biznes sahəsidir. Nəzərə alsaq ki, Bakı, Sumqayıt, Abşeron və digər şəhər, rayonlarda yaşayan Laçın sakinlərini işlə təmin edir və işə gəlməyə-gəlməyə əmək haqqı verir.

Bu əmək haqqını bu şəhər və rayonlarda yaşayanlarla əlli-əlliyə bölüşdürüb mənimsəyir.

Bundan əlavə, traktorların adına yanacaqlar yazılır ki, pullar idarə müdirinin cibinə axır .Bir sözlə Maşallah müəllim dövlətin əmlakını cibinə su kimi axıdır.
Onun milyonluq dəyərində olan şəxsi kafesi biznes gəlirlərindən biri kimi fəaliyyət göstərir. Maşallah müəllimin idarəsində işçilərin adı var özü yox.

Ölü canlardan ibarət idarə işçiləri işə gəlmədikləri üçün idarənin rəisinə aylıq haqq verirlər. İdarənin yanacaq ehtiyatı Laçın yanacaq doldurma məntəqəsinin müdiri ilə əl bir olaraq saxta yollarla satırlar.

Ulus.Az-ın xəbərinə görə, bir müddət əvəvl rayon sakini, Qarabağ müharibəsi əlili Ramiz Əhmədov bildirmişdi ki, idarənin rəisi Mahşallah Sadıqov büdcə vəsaitlərini mənimsəməklə yanaşı, həm də işçilərin maaşlarına göz dikib.

Onun bildirdiyinə görə, Suvarma Sistemləri İdarəsinin rəisi Mahşallah Sadıqovun işçilərinin əksəriyyəti başqa rayonlarda başqa işlərdə çalışırlar.
Amma adları paralel olaraq idarədə də gedir ki, buradan da əmək haqqı ala bilsinlər. Elə istəklərinə də çatıblar.

Ramiz Əhmədov qeyd edir ki, sözügedən idarənin rəhbəri həmçinin tabeçiliyində olan texnikadan da pul çıxarır.

Laçın sakininin iddiasına görə, Mahşallah Sadıqov texnikanı imkanlı iş adamlarının balıq vətəgələrinə və fermalarına təhkim edib. Və bunun müqabilində aylıq haqqını alır.

Ulus.Az
Tarix: 15-04-2017, 11:23
Xəbəri paylaş





Xəbər lenti