Ağcabədi 33 saylı Yol İstismar İdarəsi rəisi Vidadi Hüseynov rayonda çəkilməyən yolların pullarını silir
Palitika.Az-a daxil olan məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi indiyə qədər Ağcabədidə bir qarış yol çəkməyib. Hazırda rayonun həm mərkəzi küçələri, həm ara yollarının asfaltı sakinlərin yadından çıxıb. Onlar sonuncu dəfə asfalt sovet dövründə görüblər.
Nə icra başçısı Şahin Məmmədovun, nə , Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədri Saleh Məmmədovun fikrindən bu yolları düzəltmək keçib.
Ona görə də hər dəfə büdcədən ayrılan vəsaitlər Ağcabədi 33 saylı Yol İstismar İdarəsi rəisi Vidadi Hüseynov tərəfindən mənimsənilib.
Bunun nəticəsidir ki, yol idarəsi rəisi milyonçu kimi yaşayır. Onun oğluna məxsus şirkəti - “Fərid Ağcabədi” MMC tenderlərin “şah”ı elan olunub.
V.Hüseynov yaxına bir tender şirkəti buraxmır.
Nəticədə bahalı avtomobil kolleksiyası, yanacaqdoldurma məntəqəsi, evləri, asfalt zavodu belə var.
Üstəlik, idarənin balansında olan karyerin qumunu, qrabilini idarənin avtomobilləri və şəxsi yük maşınları ilə paytaxta daşıtdırır.
Oğlu Fərid Hüseynovun sürdüyü avtomobilləri Ağcabədidə barmaqla göstərirlər. Halbuki dövlət maaşı ilə heç “Jiquli” ala bilməzdi.
Əmək haqqısı 475 manat olan bir məmurun avtomobillərinə 130 min manat xərcləməsi Vidadi Hüseynovun sıradan bir korrupsioner olmadığına dəlalət edir.
oliqarx idarə rəisi həm dövlətin pulunu yollarda silir, həm oğlunun güzəranını yaxşılaşdırır, həm də daş karxanasında qazandığı pullara görə başqalarının həyatını məhv edir.
Palitika.Az-a daxil olan məlumata görə, S.Məmmədov V.Hüseynovun biznesindən xəbərdardır. Milyonçu yol idarəsi müdiri şefinə vaxtı-vaxtında “haqq” çatdırır.
Həyata keçirilən bir çox tenderlərdə isə külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi dəfələrlə mətbuat orqanlarında işıqlandırılıb.
Bu biznes onları oliqarxa çevirib. Halbuki dövlət maaşı ilə heç “Jiquli” ala bilməzdi. Mənbə qeyd edir ki, Vidadi Hüseynovun Bakı şəhərində 3 evi olduğu bildirilir.
Medianın yaydığı bu məlumatlar Vidadi Hüseynovun sıradan bir korrupsioner olmadığına dəlalət edir.
33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynovun işində yol verdiyi müxtəlif nöqsanlar dövlət büdcəsinə külli miqdarda ziyanın dəyməsi ilə nəticələnib.
Ağcabədi rayonuna yol çəkilişi məqsədilə ayrılan vəsaitlər amansızcasına mənimsənilir. Belə ki, bir müddət əvvəl Ağcabədi kəndlərinin yollarının təmiri üçün büdcədən 5 milyon manat vəsait ayrıldı.
Bu vəsait Ağcabədi rayon Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili kəndlərini birləşdirən ümumi sahəsi 41 km olan və 17 yaşayış məntəqəsini əhatə edən yolun ilkin mərhələdə 19 kmhisəsinin təmir edilməsi üçün nəzərdə tutulub.
Yolun təmiri üçün keçirilən tender isə 33 saylı Ağcabədi Yol İstismar İdarəsinə verilib. 33 saylı Yol İstismar İdarəsinin «əsaslı» təmir etdiyi 19 kilometrlik yolda çox ciddi maliyyə maxinasiyaları həyata keçirilib.
Palitika.Az
Tarix: 10-01-2018, 22:21