Şəkidə məscidin bağlanmasına etiraz edənlər cəzalandırıldı

Şəkidə məscidin bağlanmasına etiraz edənlər cəzalandırıldı Şəkidə yerli hakimiyyətin nümayəndələri ilə dindarlar arasında qarşıdurma zamanı saxlanılanların məhkəmə prosesi keçirilib.

Şəki şəhər Məhkəməsinin qərarı ilə Mustafayev Yunus Əhməd oğlu,
Sadıqov Nazim Məmmədhəsən oğlu, Lətifov Cabir Sabir oğlu, Hacıyev Qəzənfər Nuru oğlu 30 sutka həbs cəzasına məhkum ediliblər. Əliyev Şirin Baba oğlu və Rizvanov Əlfəddin 200 manat cərimə olunublar.

Qeyd edək ki, saxlanılan şəxslər rəsmi adı Topqarağac olan Qışlaq məscidində toplaşaraq Xan məscidinin muzeyə çevrilməsinə etiraz ediblər.

azadliq.info
Tarix: 23-01-2018, 23:57
Xəbəri paylaş





Xəbər lenti