Ağdam RTŞ-nin müdiri M.Misirxanovanın yeni maliyyə fırıldağı - FOTOFAKT
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova Ağdam rayonu 3 saylı köçkün orta məktəbin direktoru Həsənova Esmira Əfqan qızı tərəfindən müraciet:
1.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.
2.Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova.Ağdam rayonu 3 saylı köçkün orta məktəbin direktoru Həsənova Esmira Əfqan qızı tərəfindən Müraciət! Bildirirk ki, Mikayıl Cabbarov Təhsil Naziri olduğu 2013-2017-ci illər ərzində təhsil sahəsində böyük islahatlar aparıldı. Rayon Təhsil Şöbələrinin qanunsuz əməllərinin qarşısı alındı.
Müəllimlərin əmək haqqılarından qanunsuz tutlmalara imkan verilmədi. Çox təəssüf hissi ilə qeyd edirəm ki, hazırda Təhslil Nazirliyində yaranmış boşluqdan istifadə edən Ağdam RTŞ-nin müdiri Mətanət Misirxanova Ağdam rayon İcra Başçısı Raqub Məmmədovun adından istifadə edərək müəllimlərin əmək haqqlarının bir faizini tutulması üçün məktəb direktorlarına tapşırıq verib. Bildiririk ki, Ağdam RTŞ-nin 137 məktəbində dörd mindən artıq müəllimi var və bu böyük bir məbləğ edir. Məktəb direktoru kimi bizlərə RTŞ-nin müdiri tərəfindən ərizə forması paylanıb ki, müəllimlərə təzyiq göstərib həmin ərizə formalarını yazdırıb RTŞ-yə təqdim edək və bununəsasında yanvar 2018-ci il maaşından həmin qanunsuz tutulmalar icra olunsun. Ərizə forması müəllimlərə zorla yazdırılır ki, qanunsuz tutlmaları qanuniləşdirsinlər. Yəni müəllim könüllü olaraq öz əmək haqqılarından M.Misirxanovanın bank hesabına pul köçürülməsinə etiraz etmir. Məktəb direktoru olaraq mən bu qanunsuzluğa getmədiyimə görə mən Mətanət Misirxanova tərəfindən sıxışdırılıram. İşdən çıxarılmağımla məni hədələyirlər.Xahiş edirəm bu işi nəzarətə götürüb tədbir görəsiniz. Ərizə formasını məktuba əlavə edirəm.
İmza: Esmira Həsənova 22.01.2018
Həmin ərizə formasının fotosunu təqdim edirik:
Reportyor.org
Tarix: 25-01-2018, 15:24