İcra başçısının adı qalmaqalda hallanır... - Belə deyirlər...

İcra başçısının adı qalmaqalda hallanır... - Belə deyirlər...
Ötən həftə Beyləqan rayon icra başçısı ilə keçmiş hərbçi Yaşar Səfərovla aralarında baş verən problemlə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Yaşar Səfərov işlədiyi dövrdə icra başçısı Vaqif Abdullayevə torpaq sahəsi almaq verdiyi 40 min manatı tələb edir.

Tendensiya.com keçmiş polkovnikin hazırda icra başçısından nə 40 min manatını, nə də torpaq sahəsini heç cürə ala bilməməsi ilə bağlı Yaşar Səfərovdan münasibət öyrənmişdi. Yaşar Səfərov yayılan məlumatın əsassız olduğunu bildirməklə yanaşı Vaqif Abdullayevi (icra başçını – red) tanımadığını bildirmişdi.


Amma Tendensiya.com-a daxil olan məlumatda iddia olunur ki, torpaq qalmaqalı ictimailəşəndən sonra icra başçısı Vaqif Abdullayev keçmiş hərbçini bütün obyektlərini sökdürəcəyi ilə hədələyib.

Məsələ ilə bağlı Beyləqan rayon Təzəkənd kənd sakinlərinin Tendensiya.com-a verdikləri məlumatda isə vurğulanır ki, Yaşar Səfərovla icra başçısı arasında həqiqətəndə pul söz-söhbəti olub və sonda keçmiş hərbçi məcburən geri çəkilib. Təzəkənd kənd sakinləri bildirirlər ki, Yaşar Səfərov vaxtı ilə bir çox hərbi komisarlıqlarda vəzifədə işləyib, daha sonra Gəncədə N saylı hərbi hissədə xidmət keçib. Lakin o N saylı hərbi birləşmənin kadrlar rəisi təyin edildikdən sonra varlanıb. Və hazırda Beyləqanın oliqarxlarından biri sayılır.

Kənd sakinləri Tendensiya.com vasitəsi ilə müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət edərək Yaşar Səfərovun kadrlar idarəsinin rəisi işlədiyi dövrlərin araşdırılmasına göstəriş vermələrini xahiş edirlər. Çünki Yaşar Səfərov kadrlar idarəsinin rəisi işlədiyi dövrdə korrupsiyaya qol verib. Sakinlərin iddiasına görə, Yaşar Səfərov imkanlı əsgərlərin arxa cəbhədə qulluq etməsini təmin etməklə və yerdəyişmələrdən qazandığı pullarla böyük varidata sahib olub.

Saytımıza göndərilən məlumatlarda vurğulanır ki, keçmiş hərbçi Beyləqan rayonunda 10-a yaxın obyekt, torpaq sahəsi, Bakı şəhərində 5-6 mənzil, Göygöldə villa, rayonda 200 hektara yaxın torpaq sahəsi və qiyməti milyona yaxın ölçülən böyük heyvandarlıq təsərrüfatı yaradıb. Həmçinin Yaşar Səfərov rayonun Kolxoz bazarının yanında böyük bir ticarət obyekti, həmçinin Daşburun-Beyləqan yolu üstündə yerləşən məşhur "Cənnət Bağı” restoranını alıb. Yaşar Səfərovun bu restoran üçün 150 min manat xərclədiyi, aldıqdan sonra isə əlavə 50 min manat xərc çəkdiyi deyilir. Maraqlı məqamlardan biri isə hazırda keçmiş hərbçinin qaynının idarə etdiyi "Cənnət Bağı” restoranını Beyləqan Hərbi birləşməsinin komandiri general Mayis Barxudarovun adına çxıartmasıdır. İddiaya görə Yaşar Səfərov özünün korrupsiya əməllərini ört basdır eləmək üçün, Azərbaycan ordusunda yüksək nüfuza malik olan generalın adından istifadə edir…

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Tarix: 5-02-2018, 14:08
Xəbəri paylaş





Xəbər lenti