Azərbaycanda kiçik ranqlı idarənin məmuru da oliqarx həyatı yaşayır
Onlardan biri də Tərtərçay Hidroqovşağı İstismar İdarəsi rəisi Böyükkişi CümşüdovdurFİA.Az-ın media üzərindən araşdırmasına görə, B.Cümşüdov Tərtərdə varlı-dövlətli məmurlardan biri kimi tanınır. Onun maaşı aylıq dolanışığa güclə yetir.
Amma büdcədən ayrılan pulları elə çırpışdırır ki, B.Cümşüdov rayonda az qala biznesmenə çevrilir.
Əgər onun idarədəki maxinasiyaları araşdırılarsa, ciddi qanun pozuntuları aşkarlana bilər.
Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadə isə Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin fəaliyyətindən çox “razıdır”.
Çünki Cümşüdov yuxarını da təmin etdiyini yaxın çevrəsində söylədiyi deyilir.Ona görə də idarə rəisi ilə ASC sədri bir-birini gözəl anlayır.
ASC-yə tabe olan Tərtərçay Hidroqovşağı İstismar İdarəsi rəisi Cümşüdov Böyükkişi İslam oğlu Əhməd Əhmədzadənin rayondakı korrupsiya maşını kimi tanınır.
Sözügedən qurum 1974-cü ildə yaradılıb. Hidroqovşağın xidmət etdiyi rayonlara Tərtər, Bərdə, Yevlax, Goranboy, Ağdam və Ağcabədi daxildir.
Hidroqovşağa daxildir: Sərsəng Su anbarı-həcmi:600 ml.m3 Madagiz Su anbarı-həcmi: 6 ml.m3 Sağ sahil M.K.-uzunluğu: 70,2 km Sol sahil M.K.-uzunluğu: 22,4 km.
Hidrotexniki qurğuların sayı isə 433 ədəddir. Ştatda olan işçilərin sayı 344 nəfərdir ki, onlardan 180 nəfəri dondurulmuş əmək haqqı alır.
Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının da əkin sahələrinin suvarılması ürəkaçan səviyyədə deyil.
İdarənin balansındakı texnikaların əksəriyyəti fərdi təsərrüfat sahələrində işlədilir. B.Cümşüdov texnikaları iş adamlarına aylıq icarəyə verib.
FİA.Az-ın media üzərindən araşdırmasına görə, B.Cümşüdovun Tərtər və Bərdədə evləri, mülkləri, torpaq sahələri, obyektləri var.
Onun rəhbərlik etdiyi idarədə «ölü canlı»lardan tutmuş, kartıq müdirin cibində olan işçilərə qədər hər şey baş verir.
Məlum olduğu kimi cəbhə bölgəsində yerləşən Tərtərin su təchizatında əsas rol oynayan Sərsəng su anbarının işğal altında olan ərazidə yerləşməsi bu sahədə ciddi problemlərə səbəb olmuşdu.
Lakin bu problem alternativ mənbələr hesabına qismən də olsa öz həllini tapdı. Hazırda əkinlərin suvarılmasına olan tələbat əsasən subartezian quyuları hesabına ödənilir.
Rayon üzrə ümumilikdə 15.662 hektar əkin sahəsinin su ilə təminatı suvarma sistemləri idarəsinin əsas əsas funksiyalarına aiddir. Demək olar ki, ASC-yə tabe olan qurumların fəaliyyəti haqda hər gün mətbuatda tənqidi yazılar dərc olunur.
Amma buna baxmayaraq, cəmiyyətin sədri Əhməd Əhmədzadə işinə yetərincə məsuliyyət göstərməyən şəxslərin barəsində müvafiq tədbirlər həyata keçirmir.
Fermerlər susuzluqdan əziyyət çəkdiyi halda, idarə rəisi biznesini genişləndirmək barədə fikirləşir.
Deyilənə görə, onun Tərtərçay üzərində böyük daş karxanası fəaliyyət göstərir. Bundan başqa, idarə rəisi özünə heyvandarlıq kompleksi də yaradıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Fia.Az
Tarix: 13-02-2018, 21:06