Göyçayda icra başçısının qardaşıoğlunun hökmranlığı: Mehdi Səlimzadə əmi borcundan çıxır…
Göyçay rayonundan redaksiyamıza şikayət məktubu daxil olub. Bir qrup rayon sakini tərəfindən
Siam.az-ın elektron poçtuna göndərilən məlumatda rayon icra hakimiyyəti başçısının rayonun idarəetməsini öz qardaşı oğlu Səməd Cəbrayılova həvalə etdiyi bildirilir: “Qardaş oğlu isə demək olar ki, birdən-birə milyarder olmaq eşqinə düşərək böyük biznes imperiyası qurmağa start verib”.Bildirək ki, Göyçay icra başçısı Mehdi Səlimzadə qardaşı oğlu S.Cəbrayılovu Göyçay Gənclər Mərkəzinə müdir vəzifəsinə təyin etmişdi. Rayondan cumhuriyyet.az-a daxil olan yeni məlumata görə isə təxminən bir ay əvvəl Səməd Cəbrayılov Göyçay rayon İcra Hakimiyyətində kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilib. Məlumata görə, S.Cəbrayılovun qurduğu plana əsasən Göyçay Avtonəqliyyat ASC-də yerləşən bazarı antisanitariya adı ilə bağlatdırıb özünə Göyçay şəhərinin mərkəzində mebel Rəşid adlı şəxslə ortaq “Təzə Bazar” adlı bazar açıblar. Göyçay Avtobazasında yerləşən bazarda 500 dən çox insan alver edib evinə çörək aparırdı ki, indi həmin şəxslər işsiz qalıblar.Mehdi Səlimzadənin özbaşınalığı nəticəsində Göyçayda çoxlusayda işsızlər ordusu yaranmışdır.
Mehdi Səlimzadənin qardaşı oğlu ilə açdığı “Təzə Bazar” əhalinin və avtomobillərin gediş-gəlişinə ciddi maneə yaratmışdır.Bu səbəbdən orada baş verən avtomobil qəzası insan ölümünə səbəb olmuşdur. Həmçinin yaxınlıqda yerləşən Göyçay şəhər 7 nömrəli tam orta məktbəin şagirdləri üçün ayrılmış keçidi bazara görə ləğv etdirib məktəblilərin həyatını ciddi təhlükə qarşısında qoyublar. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, sözügedən bazarın ərazisini genişləndirmək üçün vətəndaşlara məxsus torpaq sahələrini ümumilikdə 500.000 manata alınıb..”Təzə Bazar” da alış-verişi gücləndirmək üçün isə zorakılığa əl atılaraq bütün kənd avtobuslarının üzərinə qanunsuz olaraq “Təzə Bazar” yazılmış reklamlarla bəzədilib və avtobuslar kəndlərdən camaatı gətirib zorla həmin bazara düşürdürlər. Bu isə ciddi narazılıq yaradıb.Həttda süni qiymət artımının qarşısını almaq məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkasını Göyçay şəhərinin mərkəzində keçirmək əvəzinə reklam üçün “Təzə Bazar” da təşkil edilmişdir. Bu şou kimi təşkil edilən yarmarkada məhsullar bazar qiymətinə satılır. Başqa rayonlarda isə həmin yarmarkalar bazardan kənarda təşkil olunur deyə ucuzluq olduğundan, sakinlər bunu razı qalırlar.
Qardaş oğlu Səməd Cəbrayılov Sənan adlı şəxslə isə ortaq yeni Avtobaza yaratdığı üçün 125 səhmdarı və 40 nəfər kollektivi olan Göyçay Avtobazasını bağlatdırmaqla çoxlusayda insanları acından ölməyə məhkum ediblər. İcra başçısı Mehdi Səlimzadənin tamahının qurbanlarının sayı gündən-günə artmaqdadır. Tez bir zamanda harınlayan qardaş oğlu Səməd Cəbrayılov öz şəxsi bahalı avtomobilinə 99 SC 999 nömrəsini almaq üçün 30.000 manat pul ödəyib. Rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə, Mehdi Səlimzadənin digər qardaşı oğlu, S.Cəbrayılovun Əli adlı kiçik qardaşı rayonda boş torpaq sahələrini qeydə almaqla məşğuldur. Həmin torpaq sahələri qanuna uyğun olub-olmadı baha qiymətə satışa çıxarılır. Hətda rayonun mərkəzində yerləşən 5 mərtəbəli binanın girişində camaatın xeyir-şər üçün istifadə etdiyi torpaq sahəsini küllü miqdarda pula satmışdılar. irik dövlətə. prezidentə və xalqa hörmətsizlik edən korrupsiya şəbəkəsi yaratmış icra hakimiyyətini bazar üsulu ilə idarə edən Mehdi Səlimzadənin barəsində ciddi tədbirlər görəsiniz.Bu bazar alverçisinin məqsədi öz biznesini genişləndirməkdi ki, buda sizin siyasi kursunuza zidd bir əməldir.
Məmmədov Cəlil Mahal oğlu
Quliyeva Qənirə Vəli qızı
Kərimova Sona Həsən qızı
Fərəcov Əli Osman oğlu
Namazova Nisə Paşa qızı
Vahabov Dadaş Fərrux oğlu
Səmədova Sona Ağasəlim qızı
İsmayılova Elmira Tahir qızı
Umudova Cəmilə Telman qızı
Nəbiyeva Hicran Vahid qızı
Quliyev Çingiz Ramiz oğlu
Rüstəmov Nuralı Lətif oğlu Məmmədov İlqar Şamil oğlu Qasımov Cəmil Nəzər oğlu
Tarix: 19-02-2018, 00:17