“Anamı, qardaşımı, özümü yandıracağam” – Ağsu və Beyləqanda əlillər üsyan edir...

“Anamı, qardaşımı, özümü yandıracağam” – Ağsu və Beyləqanda əlillər üsyan edir...
Ağsu rayon sakini, 1983-cü il təvəllüdlü Rəsulov Ramal Əlifağa oğlu, fiziki və əqli məhdudiyyətli olaraq doğulub

FİA.Az xəbər verir ki, bütün təbii ehtiyaclarını anasının köməkliyi olmadan edə bilmir.

Ramalın qardaşı, Anar Rəsulbəyli bildirir ki, Rayon Mərkəzi Xəstəxanasına əlillik sənədlərinin hazırlanması ilə bağlı dəfələrlə etdikləri müraciətlərə baxmayaraq, xəstəxananın müvafiq bölməsinin məsul həkimi Əli Hüseynov, qardaşına düşməli olan əlillik dərəcəsini DSMF-nin həkim komissiyasında baxılmasına imkan vermir.


"Həkim Əli Hüseynov qardaşımın Bakıya aparılmasını, orda bir müddət xəstəxanada yatmasını tələb edir. Qardaşımın "Əsgərliyə hansı səbəbdən aparılmamışdır?" sualını verdikdə isə, susur və məsələyə laqeyd yanaşdığı ortaya çıxır".

Anar Rəsulbəyli, süni şəkildə yaradılan bu problemlərin, rüşvətlə bağlı olduğunu qeyd edir və çıxış yolunu, anasını, qardaşını və özünü xəstəxananın qarşısında yandıraraq, intihar etməkdə görür. Həmçinin, həkimlərin bu cür hərəkətlərini Prezidenti aldatmaq olaraq dəyərləndirir.

Səhiyyə Nazirliyinin yerlərdə nəzarəti gücləndirməsinə ciddi ehtiyac var. Hətta nazir Oqtay Şirəliyev hər ay bir rayon xəstəxanasına baş çəkərək araşdırma aparmalıdır.

Çünki getdikcə vəziyyət pisləşir. 9 yaşlı Yusif 30 min pula görə əməliyyat olunmur və həyatını itirir, Ağsuda əlildən rüşvət tələb olunur.

Beyləqan rayonu Dostluq sovxozunda yaşayan Füzuli rayon sakini, 1-ci qrup əlil Vəliyev Azərin isə həyətyanı torpaq sahəsi Dostluq sovxozunun direktoru Çərkəz Şirinov tərəfindən əlindən alınıb.

Yerlərdə məmur özbaşınalıqları insanları ayağa qaldırır. Qarşıdan seçkilər gəlir və Azərbaycanda sabitlik ən vacib məsələdir.

FİA.Az xəbər verir ki, ümumiyyətlə, bu gün əksəriyyət məmurlar barədə şikayətlər edilir və onları işlərindən başqa qanunsuz əməlləri etmələri ilə ittiham edirlər.

Redaksiyamıza hər gün məmur özbaşınalığı ilə bağlı çoxsaylı şikayətlər daxil olur.

Müraciətlərdən görünür ki, insanlar əsasən sadə bir sənədi düzəltdirən zaman xeyli əziyyət çəkirlər.

Belə ki, məmurlar, adi bir sənədə görə vətəndaşı bəzən günlərlə get-gələ salırlar. Ölkə başçısı dəfələrlə məmurların xalqın xidmətçisi olmalı olduğunu söyləsə də, görünür, bəziləri buna məhəl qoymurlar...

Ekspertlər bildirirlər ki, son zamanların ən uyğurlu layihələrindən hesab edilən “ASAN xidmət” modeli hər sahədə tətbiq edilməlidir. Beləliklə bu kimi problemlərin qarşısı alına bilər...

İndiki halda nə üçün məmurlar öz vəzifələrinin öhdəsindən gəlmirlər? Dövlət onlara kabinet, yüksək maaş, xidməti avtomobil verir ki, xalqa xidmət etsin. Onlar isə əksini edirlər. Vətəndaş belə olan halda nə etməlidir?

Ümumiyyətlə, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının qanunu var.

Bu qanun 15 sentyabr 2015-ci ildə qəbul edilib. Həmin qanunda və digər normativ hüquqi aktlarda konkret müddətlər təsdiq olunub.

Hər bir müraciət üçün hansı müddətin olması orada qeyd olunub. Bu müddət ərzində də məmurlar vətəndaşların müraciətlərinə baxmalıdırlar. Çox təəssüf ki, adi sənədə görə vətəndaşları incidirlər. Zamanında sənədi vermirlər.

Məqsəd ondan ibarətdir ki, səndən rüşvət alsın. Belə halda əgər həmin məsələlər hüquqi nəticələrə səbəb olursa, yəni vətəndaşların hüquqları pozulursa, onlar inzibati məhkəməyə müraciət edə bilərlər.

Bu hallarda isə prokurorluq orqanlarına müraciət edilməlidir ki, həmin vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunsun.

Misal üçün məmur bildirir ki, rüşvət ver, mən sənə sənəd verim. Belə halda prokurorluq orqanına müraciət etmək lazımdır.

Yəni hər bir müraciətin xarakterindən və məmurun onu gecikdirməkdə məqsədini dəqiq bilməklə onları cəzalandırmaq olar.
Tarix: 23-02-2018, 17:00
Xəbəri paylaş





Xəbər lenti