“Deputat torpağımızı zorla əlimizdən alıb” – VİDEO


Beyləqan sakini keçmiş deputatı mülkünü əlindən almaqda ittiham edir.

Bu barədə minval.info-ya şikayətçi Ruhid Əliyev məlumat verib. R.Əliyev bildirib ki, onlara aid torpaq sahəsi rayonun eks deputatı Ayaz Orucov tərəfindən əllərindən alınıb:


“Beyləqan şəhərinin mərkəzində bizim ailəyə mərhum atamdan miras qalmış Dövlət Reyester xidmətində qeyd nömrəsi 3-15, univentar nömrəsi -15 olmaqla qeydiyyatda olan mülkümüz qanunsuz olaraq zəbt olunub. Deməli, Ayaz Orucov Beyləqanda deputat olarkən şəhərinin mərkəzində rəhbərlik etdiyi “Hidromaş” şirkətinin vasitəsiylə ( guya Beyləqan rayonuna musiqi məktəbi tikəcək) Beyləqan İcra Hakimiyyətinin musiqi məktəbi üçün ayırdığı təxminən bir hektara yaxın torpaq sahəsini dövlətdən oğurlayaraq orada özü üçün imarət tikdirib”.

Ruhid bəyin sözlərinə görə, bu hadisə 2014-cü ildə baş verib: “Ayaz Orucovun dövlətdən oğurladığı torpaq bizim adıçəkilən ərazimizə yaxındır. Buna görə, harın deputat orada tikdirdiyi imarətin həyətini genişləndirmək məqsədi ilə bizim mülkümüzü də zorla əlimizdən alaraq qəsrinin həyətinə qatıb. O vaxdan hansı yerli və mərkəzi hüquq mühafizə orqanlarına, icra aparatlarına şikayətlə müraciət etsəkdə hələ də Ayaz Orucovun bu cinayəti nəticəsiz qalıb. Vəzifəli dostlarının sayəsində ona gözün üstə qaşın var deyən olmayıb”.

Qeyd edək ki, Ayaz Orucovun mövqeyini saytda dərc etməyə hazırıq.
Tarix: 23-02-2018, 17:03
Xəbəri paylaş





Xəbər lenti