Laçın Rayonu İcra Hakimiyyətinin Hüquq şöbəsinin keçmiş müdiri Fizuli Tanirveriyev yeni faktlar açıqlayıb
FİA.Az-ın verdiyi xəbərə görə, sabiq RİH işçisi icra başçısı Aqil Nəzərlini ifşa etməkdədir. O, feysbukda A.Nəzərlinin keçirdiyi görüşləri faş eləyib. Sabiq şöbə müdiri yazıb ki, onun Mehdiabad qəsəbəsindəki görüşündə məcburi köçünlər deyil, idarə müdirləri, büdcə təşkilatlarında işləyənlər iştirak ediblər.
Eyni zamanda Yeni Günəşli qəsəbəsi ərazisində fəaliyyət göstərən 18 nömrəli Laçın tam orta məktəbində, Nərimanov rayonunda YAP-ın qərargahında kçidiri görüşlər də formal olub.
Bundan əlavə, sabiq şöbə müdiri Laçından olan bir ailənin şikayət məktubunu paylaşıb. Bəndəliyev Samil Sabir oğlu tərəfindən daxil olunmuş məktub əsasında "Sənin Səsin" verlişinin çəkiliş qurupu həmin ünvanda olub.
Ailə çox çətin şəraitdə yaşayır. Bərdə rayonun Kələntərli kənd ərazində Malçılıq ferması deyilən yerdə 1996-cı ildən məskunlaşaraq yaşayırlar.
Ailənin maddi durumu çox çətin olduğu üçün DSMF-nin Bərdə rayon şöbəsinə müraciət ediblər. Həmin sosial müavinəti ala bilmirlər.
Dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün tikilən evlə hələ də təmin olunmayıblar.
Həmin ailənin kiçik övladı da ağır xəstəlikdən əziyyət çəkir. Ancaq laçınlı köçkün ailəsinin səsinə icra başçısı səs vermir.
O, A.Nəzərlinin və M.Abbaszadənin laçınlıların deyil, öz qohum-əqrəbalarının başçısı ilə deputatı olduqlarını xatırladıb. Əslində isə keçmiş məmurun söylədikləri çoxdan bəllidir.
Dəfələrlə mətbuat Laçının icra başçısı və deputatının seçicilərə, məcburi köçkünlərə laqeyd münasibətindən yazıb, öz şəxsi bizneslərini inkişaf etdirdikləri vurğulanıb.
A.Nəzərli həqiqətən də özünü və yaxın çevrəsini fikirləşir. Onun fəaliyyəti şikayətlərə, müraciətlərə səbəb olur.
Bir rayon camaatının problemini dinləməyən məmurdan icra başçısı olmaz. Seçkidən sonra prezidentin onu yola salacağı da gözləniləndir.
FİA.Az-ın verdiyi xəbərə görə, A.Nəzərli ilə bərabər Laçının deputatı Mahir Abbaszadə də seçicilərinə qarşı laqeyddir.
Yurd-yuvasından didərgin düşən insanlar ümid edirdilər ki, dövlət məmurları tərəfindən qayğı görəcəklər. Amma nə icra başçı, nə deputat sarıdan laçınlıların bəxti gətirməyib.
Laçının deputatı Mahir Abbaszadə Zakir Fərəcovun himayəsində olan millət vəkilidir. Bu faktlar Laçın ictimaiyyətinə heç də gizli olmayan detallardır.
Laçınlılara mesaj verilir ki, Fərəcovun təşəbbüsü olmadan işğaldakı bu rayonumuza kimsə rəhbər təyin edilə, vəzifəsindən kənarlaşdırıla bilməz. A.Nəzərli, həm Laçının indiki deputatı M.Abbaszadə Fərəcovun həmkəndlisi və qohumlarıdır.
O da iddia olunur ki, Laçının icra başçısı olan Aqil Nəzərlinin xanımının babası Vaqif Güləbirdli bir zamanlar cinayət məsuliyyətinə cəlb olunub.
Mətbuatda və sosial şəbəkələrdə yayılan xəbərlərdə “Güləbirdli Vaqif” ləqəbi ilə adı keçən Vaqifin ermənilərlə işbirliyində olduğu iddia edilib.
Buna görə də cinayət məsuliyyətinə cəlb olunub. Zakir Fərəcov onu ağır cinayətdən yayındıraraq, özünün Xızıda olan şəxsi fermasına baş çoban təyin edib.
A.Nəzərli icra başçısı olaraq bir dəfə də olsun ağır şəraitdə yaşayan Vağazin kəndindən olan köçkünlərlə görüş keçirib onlarla maraqlanmayıb.
Vağazin obasında artezian quyusu vurulsa da içməli su kimi tamamilə yararsızdır. Halbuki həmin artezianın vurulması ücün yüksək səviyədə vəsait ayrılsa da, vəsaitin az bir hissəsi sərf olunmuş və qalan hissəsi İcra Başcısı tərəfindən mənimsənilmişdi.
İcra Başcısı A.Nəzərlinin qəbuluna gedəndə atasının fermasından,yanacaqdoldurma məntəqəsindən,əmlakından danışaraq icra başçısı vəzifəsi onun üçün maraqlı olmadığını deyir.
“Akif müəllimin Bakıda keçirdiyi iclasda hərbiyə getməyənlərlə xanımlar otursun, hərbi xidmət keçmişlər ayağa qalxsın deyəndə xanımların sırasında oturduğu stuldan qalxa bilməyən, bununla belə Laçın rayon icra başçısı postuna yüksəlməsinə baxmayaraq 74 min laçınlının deyil, yaxın qohum-əqrabasının, Nəzərlilərin və Abbaszadələrin başçısı olan Aqil Nəzərli tərəfindən uyduruq bir oyunla karyerasına son qoyulan ixtisasca hüquqşünas, ehtiyatda olan zabit Fizuli Tanirverdiyev olaraq dəyişməmiş fəxr ediləsi bir ünvanlı titulda qaldın” – bu da sabiq şöbə müdirinin yazdıqlarından biridir.
Fia.Az
Tarix: 7-03-2018, 00:06