Laçın rayon Şeylanlı kənd sakini Müqabil Baxışov saytımız vasitəsi ilə ölkə prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb
Müraciəti olduğu kimi yayımlayırıq:
Cənab Prezident!
Azərbaycan xalqının Ümummilli Lideri, Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu mərhum Prezidentimiz Heydər Əlirza oğlu Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq dövlətimizin güclənməsi, işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan xalqının rifa halının yaxşılaşması yolunda yürütdüyünüz daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik.
Cənab Prezident!
Müəllifi Ümummilli lider olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif laihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etməyiniz ölkəyə investisiya axınında mühüm rol oynamışdı. Sizin ölkədə iqtisadi islahatların keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusiylə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tblisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləriniz vardır.
Cənab Prezident!
Sizin qətiyyətli və məqsədyönlü fəaliyyətiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlaq qazanılmışdır. Sizin uğurlu xarici siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nifuzu getdikcə artmaqdadır. Sizin yürütdüyünüz daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın ən əsas dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib.
Cənab Prezident!
Çox təssüf hissiylə qeyd etmək istəyirəm ki, sizin Azərbaycan xalqının güzəranının yaxşılaşdırılması istiqamətində verdiyiniz fərman və sərəmcamları, tövsiyyə və tapşırıqları qulaq ardına vuran YAP-a yamaq, iqtidara qara ləkə olan məmurlarda var. Məmurların iştirakı ilə keçirdiyiniz bütün müşavirələrdə korrupsiyaya və rüşvətxorluqa qarşı barışmaz mövqeyinizi bəyan etməyiniz, hər bir məmura işini xalqa xidmət üzərində qurmasına göstəriş verməyiniz mənidə ruhlandırırdı. Mən, Azərbaycan Respublikasının vətəndaşı olaraq saxta sənədlərlə yüksək vəzifələrə sahib olmuş, yerlibazlıqa, qohumbazlıqa, rüşvətxorluqa yoluxmuş rayonun idarə və müəssisələrini özünün şəxsi biznes sahəsinə çevirməklə milyonlara sahib olmuş bəzi məmurların cinayət əməlləri barədə həm dövlət orqanlarına və həm də KİV-lərə çoxsaylı müraciətlər etdim. 40 yaşımacan heç bir hüquq mühafizə orqanında izahat belə yazmamaqıma baxmayaraq bu müraciətlərimdən sonra gah məndən xuliqan, gah da dələduz düzəldib həbs etdirdilər. 2016-ci ilin mart ayının əvvəlindən başlayaraq dövlət orqanlarına müraciət edərək şərlənərək həbs olunacaqımı və mənə köməklik olunmasını dəfələrlə xahiş etsəmdə heç bir köməklik olunmadı. Bəzi hüquq mühafizə orqanları məni təqib edən dəstənin gücü qarşısında acizlik nümayiş etdirərək, aldığı sifarişi can-başla yerinə yetirməklə 28.11.2016-cı il tarixdə məni qanunsuz olaraq həbs etdi.
Cənab Prezident!
Məni təqib edən dəstə güclü mövqeyə malik olduğu üçün öz təsir dairəsinə daxil edə bilmiş hüquq mühafizə orqanlarının köməkliyi ilə 2012-ci ildə 3 il və 2016-cı ildə isə 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum etdirə bildilər. Lakin sizin hər bir Azərbaycan vətəndaşına olan qayğı və diqqətiniz sayəsində 7 il azadlıqdan məhrumetmə cəzasından cəmi 1 il 6 ay 18 gün həbsdə qalmışam. Sonuncu dəfə sifarişli həbsimi can başla yerinə yetirən Laçın rayon Məhkəməsinin hakimi C.İbrahimovun sizin 10 fevral 2017-ci il tarixli “Pentensiar sahədə xidmətin yaxşılaşdırılması və cəza siyasətinin humanistləşdirilməsinə” dair imzaladığınız sərəncamınıza zidd qərar qəbul etməkdən belə çəkinmədi. Həmin sərəncamda göstərilirdi ki, iqtisadi cinayətlərdə dəymiş zərər tam ödənildikdə həbs qətimkan tədbirinə alternativ cəzaların tətbiq edilməsi genişləndirilsin. Çox təssüf hissi ilə qeyd etməliyəm ki, həbsim sifarişli olduğu üçün sizin bu humanist sərəncamınız Laçın rayon məhkəməsinin hakimi C.İbrahimov tərəfindən qəbul olmadı və ən ağır cəzaya məhkum olundum.
Cənab Prezident!
Azərbaycan Respublikası Milli Məclisinin 20 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər mənə tətbiq edilməklə 31.01.2018-ci tarixdə yenidən azadlığıma qovuşmuşam. Azadlığıma qovuşduğum üçün bir daha sizə öz adımdan və bütün yaxınlarım adından səmimi minnətdarlığımı bildirib sizə ailə üzvlərinizə uzun ömr, can sağlığı və işlərinizdə uğurlar arzulayıram. Özüm və bütün yaxınlarım sizin Prezidenliyə namizədliyinizi dəstəkləyirik. Seçki günü hamılıqla sizə səs verəcəyik. Bu yoldada sizə uğurlar diləyirik. Ulu tanrı sizə yar olsun.
Cənab Prezident!
Məni həbs etdirən dəstə tərəfindən ideoloji və iqtisadi terrora məruz qalmışam. Haqqı, ədaləti tələb edən kimi şərlənərək həbs olunuram. 22 il pedeqoji fəaliyyətlə yanaşı məktəb direktoru, Laçın rayon təhsil şöbəsində metodist və məsləhətçi vəzifələrində çalışmışam. YAP-ın üzvüyəm. Laçın rayonunun idarə və müəssisələri üç imkanlı ailəyə satılıb. Bir ailədən ik-üç və daha çox rəhbər təyin olunur. Bəzən imkanlı adamlara bir neçə vəzifə verilir. Sizin bütün sərəncam və fərmanlarınız, tapşırıq və tövsiyyələriniz bu rayonda işləmir. Mən əminəm ki, sizin müdaxiləniz olmayacaq təqdirdə Laçın Rayon İcra Hakimiyyətinin Başçısı A.Nəzərli onun biznesinə maneə olduqum üçün məni yenidən həbs etdirəcək.
Xahiş edirəm vaxt ayırıb məni qəbul edin.(Fia.Az)