Siam.az-ın elektron ünvanına Göyçay rayon sakinləri tərəfindəndən məktub daxil olub. Vətəndaşların xahişini nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk:
Artıq 5 gündür ki, Göyçay rayon sakinləri imza toplamağa başlayıblar. Göyçay rayon sakinlərini intihar həddinə çatdıran icra başçısı Mehdi Səlimzadənin və qohumlarının özbaşınalıqlarından, qanunsuz əməllərindən Prezident İlham Əliyevə şikayət məktubu yazılıb. Artıq 5 gündür həmin şikayət ərizəsinə 3000 -dən çox rayon sakini imza edib.Həmin ərizə sabah Bakı şəhərindən poçt vasitəsi ilə Prezident cənab İlham Əliyevə göndərəcəyik. Şikayət ərizəsində icra başçısı Mehdi Səlimzadənin və qohumlarının rayon sakinlərinə qarşı etdikləri özbaşınalıqlar əks olunub.Azərbaycanın bütün rayonlarında ümümmilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkı olsada Göyçay kimi böyük rayonda belə bir park yoxdur.Mehdi Səlimzadə rayon mərkəzində belə bir parkın yaradılmasına səy göstərməsədə öz şəxsi biznesini genişləndirmək məqsədi ilə idarə-müəssisə rəhbərlərindən pul toplamaq kampaniyasına start verib.Təkcə Göyçay rayon Xəstəxanasının baş həkimindən, Təhsil Şöbəsinin müdirindən və Maliyyə İdarəsinin rəhbərində hər birindən 30.000 manat pul tələb edib.Bu pulu isə rayonda yeni açılmış və genişləndirilmə işləri hazırda davam etdirilən Təzə Bazarın asfaltlandılıması üçün yığılır.Mehdi Səlimzadənin yeni açdığı Təzə Bazarın tikilib başa çatdırılması üçün tələb etdiyi pulun yığılması üçün idarə müdirləri öz işçilərinin maaşlarından pul tutrlar ki, buda kütləvi narazılıqlar yaradıb. Artıq Göyçay sakinləri bu bazara təzə azar adı veriblər.Çünki bu bazar sevdası ilə yaşayan icra başçısının tələbləri kasıb insanların cibindən çıxarılır.Göyçayda hazırda rayon sakinləri bayram əhval ruhiyyəsində deyil matəm içindədir.Mehdi Səlimzadənin Təzə Bazarı camaata bəla olub.Göyçay rayonunda 4 kolxoz bazarı var ki, beşincisinə heç bir ehtiyac yox idi.Bilmirik Mehdi Səlimzadəni Göyçaya icra başçısı təyin ediblər yoxsa bazar müdiri. Mehdi Səlimzadə demək olar ki, hər gün özünə məxsus Təzə Bazara başının dəstəsi ilə gəlib gəzib baxır.Bu biabırçılıqdır ki, belə hal Azərbaycanın heç bir rayonunda baş vermir. Göyçayda hamı Mehdi Səlimzadəyə bazarkom deyir.
Biz 11 apreldə məmuniyətlə İlham Əliyevin namizədliyini dəstəkləyib ona səs verəcəyik.Hörmətli Prezidentimizdən çox-çox xahiş edirik yarıtmaz bazar fəaliyyəti ilə insanları cana yığan, dövlətdən narazı salmağa çalışan Mehdi Səlimzadəni vəzifəsindən uzaqlaşdırasınız.Cənab Prezident bu insan bazar siyasəti ilə Göyçayı idarə edir nəticədə insanlar əziyyət- zülm çəkir. Bizim əmək haqqımız nə üçün bu yaramazın yaratdığı Təzə Bazarın tikintisinə sərf olunmalıdır ? Xahiş edirik tədbir görəsiniz.
Babayeva Dursun Ramiz qızı
Əliyeva Dilşad Faiq qızı
Sadıqov Camal Kamil oğlu
İsmayılov Novruz Sabir oğlu
Həsənova Nüşabə Allahverdi qızı
Məmmədov Zeynal Cavanşir oğlu
Qasımov Azər Soltan oğlu
Xəlilov Orxan Ərəstun oğlu