Şirvan şəhər Icra hakimiyyəti Əlillərə qarşı hörmətsizlik etdi...

   



  

Şirvan şəhər Icra hakimiyyəti orqanı, o cümlədən Şirvan şəhərinin  idarə və təşkilatlarından Əlillərə qarşı hörmətsizlik olundu. Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17.03.2018 ci il tarixdə Şirvan  şəhər  Əlillərin Regional  Bərpa Mərkəzində  bacarıqlı və istedadlı əlillərin əl işlərindən ibarət  zona sərgisi keçirildi. Ulu Öndərimiz  Heydər Əliyevin   "Əlillərin rifahının yaxşılaşdırılması " üçün dövlət proqramına salınması qərarını rəhbər tutaraq  keçirilən bu tədbirin əsas məqsədi əlillərin cəmiyyətə inteqrasiyası və onların sosial rifahının yaxşılaşdırılmasını təmin etmək idi . Keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, qeyri hökumət təşkilatlarının nümayəndələri,  Qarabağ əlilləri və şəhid ailələri iştirak etsədə, lakin rəsmi məktubla dəvət olunmaqlarına baxmayaraq, Şirvan şəhər Icra hakimiyyəti orqanları, həmçinin yerli idarə və təşkilatlardan heç bir nümayəndələr iştirak etməmişdir  .Ölkəmizin Başçısı Cənab Ilham Əliyevin,  o cümlədən onun xanımı 1 ci Vitse Prezident Mehriban Əliyevanın əlillərə olan xüsusi diqqət və qayğısı, əlillər haqqında qanunda da öz əksini tapmışdır ki, buda əlillərin cəmiyyət həyatının,  iqtisadi,   siyasi və sosial  sahələrində başqa vətəndaşlarla bərabər iştirak etməsinə təminat verir. Daim öz uzaqgörən  siyasətilə bizlərə hər bir işdə örnək olan Cənab Prezidentimiz Ilham Əliyevin yuxarıda qeyd etdiyimiz kimi " Əlillərin başqa vətəndaşlarla bərabər hüquqlu iştirak etmə", həmçinin onların sosial rifahının yaxşılaşdırılması yönümündə göstəriş və tapşırıq verməsinə baxmayaraq, Şirvan şəhər Icra Hakimiyyətinin  o cümlədən dövlət büdcəsindən maliyyələşən yerli idarə və təşkilatların nümayəndələri, Regionlardan əzab əziyyətlə gəlmiş arabaya məhkum əlillərin və digər fiziki imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgisində iştirak etməyi özlərinə yaraşdırmadılar. Bu bir rəzillikdir .Bu əlillərə yuxarıdan aşağı baxmaq və onları əzmək deməkdir..Bu ulu öndərimiz Heydər Əliyevin, həmçinin onun layiqli davamçısı  Cənab Prezidentimizin   "Əlillərin sosial rifahının yaxşılaşdırılması" tapşırığına məhəl qoymamaqdır. Bir sözlə əlillərin rifahının yaxşılaşdırılması  üçün keçirilən tədbirə maneolmaq deməkdir. Inaniriq ki, bu biyabırçı rəzilliyə görə aidiyyatı qurumlar qarşısında cavab verməli olacaqlar.
Tarix: 21-03-2018, 08:54
Xəbəri paylaş





Xəbər lenti