Gəncənin mərkəzindəki qədim bazar tamamilə dağıdılıb.
BakuPost xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkələrdə paylaşılıb.
Bildirilir ki, Cavadxan küçəsində yerləşən mərkəzi bazarla bərabər tarixi binanın da bir hissəsi məhv edilib.
Gəncə sakinləri bu hadisəni mədəni-tarixi irsimizə qarşı düşmənçilik kimi qələmə veriblər.
Sosial şəbəkələrdə paylaşılan fotoları təqdim edirik: