Daşkəsəndə güclü külək əsməsi nəticəsində bina və evlərə ziyan dəyib
FİA.Az xəbər verir ki, fəsadların aradan qaldırılması üçün rayon icra hakimiyyəti tədbirlər görə bilər.
Amma Daşkəsən RİH Fövqəladə Hallar Nazirliyinə müraciət edərək kömək göstərilməsini istəyir.
Deyilir ki, rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib. Ümumilikdə 80-dən artıq binanın dam örtüklərinə müxtəlif dərəcədə ziyan dəyib.
Rayonun icra başçısı Əhəd Abıyev isə video çıxışında FHN rəhbəri Kamaləddin Heydərova səslənib. İcra başçısı nazirdən nümayəndə göndərməyi xahiş edib.
Halbuki, fəsadların aradan qaldırılması və 80 binanın dam örtüyünün təmiri Daşkəsən RİH tərəfindən mümkündür. Sadəcə, Ə.Abıyev məsuliyyəti FHN-nin üzərinə atır.
Bu yolla onun büdcədən daha böyük vəsait mənimsəmək imkanı yaranır. Ümumiyyətlə, Daşkəsənin icra başçısı hər təbii fəlakətdən, qasırğa, dolu zamanıdəyən zərərdən istifadə etməyə çalışıb.
Nə vaxt ki, rayonda 5-6 binanın damına zərər dəyir, 10-15 ev ziyan çəkir, Ə.Abıyev dərhal başının dəstəsi ilə əraziyə gedərək şəkil çəkdirir, dövlət orqanlarına müraciət edir. Bəs, büdcədən ona ayrılan pulların hara sərf olunduğu sual edilmir.
Mediada gedən yazılarda vurğulanır ki, daşkəsənlilər Əhəd Abıyevin rayondan getməsi üçün hər gün dualar etməkdədirlər.
Çünki əvvəllər sürücüsü olmuş, indi isə ordenli Namiq Süleymanovun əli ilə Daşkəsəni yeyib, talamaqdadır.
FİA.Az xəbər verir ki, yaşıllıq və mənzil kommunal təsərüfat sahəsinin işçilərinin 50 faizi isə Əhəd Abıyevin cibinə işləyir.
Rayon batıb gedir. Bakıda milyonluq villa tikdirdi, ticarət obyektləri, bahalı avtomobillərinin sayı-hesabı yoxdur.
İcra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat “siliblər”.
Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını “yuyurlar”.
Bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib.
Bildirilir ki, 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun «Vüsel» şirkətinə verilib.
Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib.
Daxil olan məlumata əsasən ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə «Vüsel» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb.
Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib.
Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib.
Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib. İndisə yenə qasırğa olub və K.Heydərova müraciət edən icra başçısı növbəti maxinasiyaya hazırlaşır.
RİH-nin mövqeyini dərc etməyə hazırıq.