Cavid Qurbanovun işçilərinin rüşvət piramidası -Şikayət


Cavid Qurbanovun işçilərinin rüşvət piramidası
 Ucar rayonu Bərgüşad kənd sakinləri tərəfindən mətbuata şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar yazırlar:

"“Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan Kürdəmir 5 saylı Dəmiryolu Sahəsinin Bərgüşad Dəmir Yolu stansiyasının yol ustası Seyran Məmmədov işçilərə qan uddurur.Pensiya yaşı çoxtan ötmüş 67 yaşlı Seyran Məmmədov tabeçiliyində olan fəhlələri öz həyətyanı sahəsində işlədir.Buna görə biz çox əziyyət çəkirik.Bizim tabe olduğumuz Kürdəmir 5-saylı Dəmiryolu Sahəsinin rəisi Şəmsəli Quliyev 2000 manat pul alır vətəndaşı işə götürür.Yeni işə qəbul edilmiş şəxsdən Seyran Məmmədov isə əlavə olaraq 500 manat pul alır.Bu çox qəribə haldır.Əgər rəis 2000 manat pul alıb işçi qəbul edirsə yenidən yol ustası həmin rəisə vermək adı ilə işçidən əlavə 500 manat pul alır.Belədisə bu rüşvətin məbləğin birdəfəmlik 2500 manat etsinlər.İndi hansı zamandır ki, dövlət işçisi müdirin həyətində qul kimi işlədilsin.Kürdəmir 5 saylı Dəmiryolu Sahəsinin Bərgüşad Dəmir Yolu stansiyasının yol ustası Seyran Məmmədov işə gəlməmək üçün bir günə işçidən 30 manat pul alır.Bura Dəmir yolu İdarəsi deyil dəmir qanunlarla idarə olunan gestapodur.Qocalıq yaşı çoxtan ötmüş amma Şəmsəli Quliyev kimi korrupsionerin himayəsi altında fəhlələri qul kimi istismar edən Seyran Məmmədovun qanunsuz əməlləri obyektiv araşdırılmalı və bu korrupsioner cütlüyün barəsində qanunu tədbirlər görülməlidir.

Mətbuat vasitəsi ilə Prezidentə, Mehriban xanım Əliyevaya və Azərbaycan Dəir Yolları QSC-nin sədri Cavid Qurbanova müraciət edib xahiş edirik işçiləri qul kimi öz şəxsi işlərində işlədən rüşvətə qurşanmış Seyran Məmmədovun və onun rəisi Şəmsəli Quliyevin barəsində ciddi tədbirlər görəsiniz".

 Müraciəti Ədilov Vasif Səməd oğlu, Məmmədov Qasım Mehdi oğlu və Namazov Vüqar Tahir oğlu imzalayıb. Qarşı tərəfi də dinləməyə hazırıq...
           
Tarix: 29-03-2018, 09:27
Xəbəri paylaş





Xəbər lenti