Demək olar ki, Goranboy rayonu mediada ən çox tənqid olunan rayonlardan biridir. Bunun da bəlli obyektiv və subyektiv səbəbləri var. Məsələ burasındadır ki, rayonda ciddi şəkildə xaotik mühit hökm sürür. Əhali məmur özbaşınalığından təngə gəlib, sahibkarlar intihar həddinə çatmaqdadırlar.
Sovet dönəmində ölkənin ən təmiz və ən məhsuldar rayonlarından olan Goranboy indi dövrünün ən "çirkli”, acınacaqlı günlərini yaşayır.
Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bütün diqqət və qayğısını özünün restoran, sanatoriya biznesinə yönəldib. Biznesi xatirinə rayonun bütün imkanları artıq "xərclənib”.
Rayonun viran qalan qəsəbələrindən biri də Qızılhacılıdır. Şikayət məktubunda deyilir: "Bu qəsəbə hər zaman pambıqçılıq, arpa, taxıl əkimində heyvandalığın inkişafında ən qabaqcıl qəsəbə olub. Hal-hazırda gördüyünüz kimi rayonumuz ölkəmizdə gedən qeyri-neft sektorunun inkişafı islahatlarından uzaqdır. Bu qəsəbədə qeyrı-qanuni hərəkətlərin inkişafına üstünlük verilir. Şəkil və videoda gördüyünüz kimi qəsəbədə müstəqilliyimiz əldə ediləndən sonra məişət tullantıları üçün yer ayrılmayıb. Tullantılar, həyətdə bacada ölmüş heyvan cəsədləri əkin sahələrinin ətrafına səpələnərək atılır, faktlarda gördüyünüz kimi burda pambıq sahələri, taxıl və arpa sahələri görünür. Bu tullantılar əkin sahələrini sulamaqdan ötrü olan su kanal və arxlarının içinə və ətrafına atılır. Tullantı və Heyvan Cəsədlərin iyindən ətrafda yaşıyan sakinlər dəfələrlə Bələdiyyə rəisi Allahverdiyev Məzahir Bəhman oğluna müraciət etsələr də müraciətləri cavabsız qalıb. Axşamlar cəsədləri yemeyə gələn vəhşı heyvanların qorxusundan ətrafda yaşayan kənd sakinləri evlərindən çölə çıxa bilmirlər”//7news.az