Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir?

 “İşçilər öz pullarını almaq üçün dəfələrlə Kürdəmir icra hakimiyyətinə getsələr də icra başçısı Ceyhun Cəfərov onları qəbul etməyib”
“Yenigundem”-e müraciət edən vətəndaş Səbuhi Qəhrəmanov və 6 nəfər fəhlə gördükləri işin müqabilində pullarının verilməməsindən şikayətçidirlər.
Belə ki, Səbuhi Qəhrəmanov iddia edib ki, onlar Kürdəmirin Tirli kəndində Kürdəmirin icra başçısı Ceyhun Cəfərova məxsus toxumçuluq zavodunda qaynaq işləri görüblər və bu işə görə onlara 5500 manat verilməlidir, amma verilmir.
İş icraçısı Yevlax sakini Nurlan adlı şəxs onlara bildirib ki, “Pulunuz icra başçısındadır, ona müraciət edin”.
İşçilər öz pullarını almaq üçün dəfələrlə Kürdəmir icra hakimiyyətinə getsələr də, icra başçısı Ceyhun Cəfərov onları qəbul etməyib.
Fəhlələr qeyd ediblər ki, onlar hər gün əziyyət çəkib, vaxt itirərək, xərc çəkərək Mingəçevirdən pullarını ala bilmək üçün Yevlaxa gəlirlər.
İcra hakimiyyətinin başçısı məsələ ilə bağlı bildirib ki, həqiqətən də onun həmin fəhlələrə borcu var, amma hələ ki onlara verəcək pul yoxdur.
Məsələ ilə bağlı icra başçısının köməkçisi isə maraqlı açıqlama verib: “İcra başçısı deyir ki, pul olanda ödəyərik”.
Pullarını ala bilməyən fəhlələr problemləri ilə əlaqədar ölkə başçısına müraciət edəcəklərini deyiblər.
Tarix: 13-07-2018, 01:23
Xəbəri paylaş





Xəbər lenti