Başçı müavini DSMF-yə müdir gedir, partlayan zavodun direktoru isə …

 Şirvanda yerdəyişmələr edilir.  AzEuroNews.com-a gələn məlumata görə, əvvəl şəhərin icra başçısı Mərdan Camalovun köməkçisi, sonra müavini vəzifəsinə keçmiş Vasif Əliyev Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə müdir gedir.
Belə ki, M.Camalovun oğlu Samir Camalovla yeni DSMF sədri Sahil Babayevin ailəvi dostluğu V.Əliyevin işinə yarayıb. V.Əliyevin S.Babayevdən xahişini icra başçısının oğlunun etdiyi xəbər verilir.
M.Camalova kirvəsi, həmdə 1-ci müavini olan Samit Abıyevdən sonra ikinci ən yaxın kadrı V.Əliyevdir.  M.Camalov özünə müavin vəzifəsinə yeni namizəd də müəyyənləşdirib.
Onun Müdafiə Sənayəsi Nazirliyinin Şirvanda yerləşən məhşur “Araz” zavodunun müdiri İlqar Qurbanov olduğu deyilir.
Yada salaq ki, 2016-cı ildə həmin zavodda partlayış zamanı ölənlər və yaralananlar olmuşdu.
► ► ► Şirvan ŞİH şənbə günü olduğu üçün zənglərimizə cavab vermədi.
Tarix: 14-07-2018, 15:19
Xəbəri paylaş





Xəbər lenti