Bərdə rayonunda əkin sahələrinin suvarılmasında problem yaranıb.

            Mingəçevir qəzasından sonra əkin sahələrini suvarılması üçün qoyulan trasformatorların artezian quyularını işlətməyə gücü çatmır. Səbəb də elektrik enerjisində gərginliyin aşağı olmasıdır.Eyni problemləri ,istər yayda, istərsə də qışda olsun hər il yaşamalıyıq . Qışda gözlənilməyən halda qaz kəsilir. Yayda krntlarda su quruyur və, s. Təəssüflər olsun ki, qışda da, yayda da hamı problemlə çarpışır.Bərdə rayonunda əkin sahələrinin suvarılmasında da problemlər aktuallığını həmişə saxlayır .Hər il əkinçilər aşağı yuxarı kanalların boyunca əsir yesir olurlar ki, torparlarını suvarsınlar. İcra hakimiyyətinə şikayətə gedirlər.Müxtəlif formada aksiyalara əl atırlar. Olan olur, susuzluqdan kəndlinin əkinləri sıradan çıxır,kəndlilər  ziyan çəkirlər. Ağızlarının çörəyi , necə deyərlər isti yayın istisinə qurban olur.Bu hal növbəti ildədə beləcə davam edir. Qeyri-neft sektorunun inkişafı strategiyası ortada olduğu halda , ölkə prezidenti  kənd təsərrüfatının inkişafı üçün təşəbbüslərlə çıxış eləsə də yerlərdə əkinçinin pambığı, yoncası, pomidoru susuzluqdan yanıb, kül olur.  Hazırda Bərdə rayonunun Qaradəmirçi kəndində əkin sahələrinin suvarılması ciddi problemə çevrilib. Kənd sakini İsrafil Paşayev nə əkdiyi 5 hektar pambığı, nə də yoncasını suvara bilmir. Ərazidə suvarma əsasən artezian quyuları və Qarabağ kanalına qoyulan nasoslar vasitəsilə aparılır. Təbii su mənbəyi yoxdur. İsrafil Paşayev bildirib ki, elektrik enerjisində kifayət qədər gərginlik olmadığına görə artezian quyularını və Qarabağ kanalına qoyulan nasosu işlətmək olmur. “ Mingəçevir Elektrik Stansiyasında qəza aradan qaldırılsa da verilən enerjinin artezianları, su nasoslarını işlətməyə gücü çatmır. Bizim ərazidə 300 hektardan artıq əkin sahəsini  bu səbəbdən suvarmaq olmur. Bu barədə Bərdə rayon İcra Hakimiyyətindən və Bərdə Suvarma Sistemləri İdarəsinin rəsmiləri də bizə belə deyirlər.”İsrafil Paşayev əlavə edib ki, Bərdə Elektrik Şəbəkənin ərazidə elektrik təsərrüfatını düzgün idarə etmədiyindən , bildikləri kimi hərəkət etdiklərindən suvarma işlərinə mənfi təsir göstərmiş olurlar. “ Kəndin işıqlandırılmasına görə qoyulan trasformator xarab olduğuna görə təmir eləmək əvəzinə həmin trasfarmatorun işıqlarını açıb yaxınlıqdakı artezian quyusu üçün qoyulan elektrik avadanlığına gətirib qoşublar. Bu da suvarma məqsədilə qoyulan trasformatorun gücünü alır.Nəticədə suvarma quyusunun işi dayanır. Artezian quyuları üçün qoyulan trasformatorların heç birinə “ayırma “ qurğusu qoyulmayıb. Hər hansı yerdə energetiklər iş görməli olsalar qarşısında olduqları trasformatoru xətdən ayıra bilmirlər. Buna görə onlar işığı başdan dayandırırlar ki ,  bu da bütün artezian quyularının dayanmasına səbəb olur.”Qaradəmirçi sakini İsrafil Paşayev Qarabağ kanalına qoyulan nasosun elektrik enerjisi sarıdan işləmədiyindən hazırkı vəziyyəti nəzərə almaqla Bərdə Suvarma Sistemləri İdarəsinin alternativ variantının olduğunu bildirib. Bu da həmin nasosların dizel yanacağı ilə işləyən mühərriklərlə əvəz olunmasıdır. Ancaq  İsrafil Paşayev vəziyyətdən çıxış yolu olduğu halda zəruri addımın atılmamasından təəssüfləndiyini bildirib.Bərdə rayon Suvarma Sistemləri İdarəsinin direktoru Sərdar Əhmədov da yaranan çətinliyi elektrik enerjisiində gərginliyin aşağı gücdə olması ilə izah edib.” Mingəçevir elektrik stansiyasında baş verən qəzadan sonra belə bir hal yaranıb. Görünür bu da stansiyanın tam gücünü bərpa edə bilməməsinə görədir. Gündüzlər əhalinin kondisionerlərdən çox istifadə etdiyinə görə artan enerji sərfiyyatı gərginliyin aşağı düşməsinə səbəb olur. Buna görədə qurğuları işlətməyə işığın gücü çatmır. Məcbur oluruq nasosdan  birini dayandırırıq. Gecələr gərginlik düzələndə isə qurğuları tam gücü ilə işlədirik. Belə olduğuna görə bizdən asılı olmayan səbəbdən suvarmada hazırda çətinliyimiz var.”Sərdar Əhmədov dizel mühərriki ilə işləyən su nasoslarının açıq arxlara su vurmaq üçün istifadəyə yaradığını deyib. Uzaq məsafəyə su aparan borulara qoşmaqla ondan istifadənin mümkün olmadığını, suyun boruda axıtmağa  gücü çatmadığını bildirib.                                                                                                                              Siam.az            
Tarix: 26-07-2018, 12:26
Xəbəri paylaş





Xəbər lenti