Beyləqanda məmur çəkişməsi... - İDDİA

 Son günlərdə Beyləqan rayon icra başçısı Vaqif Abdullayev və rayonda fəaliyyət göstərən idarə və müəssə rəhbərlərindən tənqidi məqalələrin mətbuatda ardı arası kəsilmir. Əl-əlxüsusda Beyləqan rayon təhsil şöbəsinin müdriyyəsi Xuraman Rüstəmovadan ardı arası kəsilmədən yazılan sifarişli tənqidlərin kimlər tərəfindən? necə? və hansı yollarla yazıldığına aydınlıq gətirmək məqsədi ilə Xəbəral.az saytı olaraq Beyləqan rayonunda və Azərbaycan mətbuatının tanınmış simaları arasında sorğu keçirtmək qərarına gəldik

Düzdür nə Beyləqan rayonu İcra Başçısı Vaqif Abdullayev, nədə orada çalışan məmurların heç biri ideal deyil. Amma buna baxmayaraq vəzifəni kimsə" Ata evindən"gətirmir. Məmur xalq üçün işləməli sözlərini Cənab prezidentimiz İlham Əliyev gözəl vurğulamışdır

Bir sözlə kimsə gəldi layiqli yerini tutdu, tapşırılan işi yarıtmadısa rayon rəhbərliyi və ya Cənab prezident İlham Əliyev kimisə işdən azad edirsə bu o demək deyil kimsə işlədiyi yerlərdən haralarasa məlumatlar ötürüb əvəzini mətbuat və ya digər yollarla çıxmalıdır.
İndi sizlərə söz açacağımız insan əvvəllər Beyləqan Təhsil şöbəsinin müdiri hal-hazırda Beyləqan icra hakimiyyətində mühüm yerlərdən birini tutmuş Tofiq Sadıqovdur.

Sorğumuz zamanı bəlli oldu ki,həqiqətəndə Tofiq Sadıqov Beyləqan təhsilini işlədiyi dövürdə şikəst vəziyyətə salmışdır. Bir çox özbaşnalıqlar, korrupsiya halları, kor-koranə idarəçilik Beyləqanda çalışan təhsil işçilərini və ya orada yaşayan valideyinləri zinhara gətirmişdir.

Tofiq Sadıqov Beyləqan təhsil şöbəsinin müdiri işlədiyi zamanda vəzifəsindən sui istifadə edərək bir çox yerləri öz şəxsi mülkinə çevirmək məqsədi ilə qardaşı Ramiz Sadıqovun adına özəlləşdirib, hal-hazırda da həmin obyektlər öz fəaliyyətini göstərməkdədir. Həmin yerlərdən birini sizə misal göstərə bilərik. Beləki Beyləqan şəhər 6-saylı məktəbin həyətində fəaliyyət göstərən kafe Tofiq Sadıqovun qardaşı Ramiz Sadıqovun adınadır hal-hazırda orada əxlaqsız işlər görülməkdədir.

Mənbə və rayon əhalisindən bildirdilər ki, Tofiq Sadıqovun Təhsil şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılandan sonra məhz buna görə də Beyləqan təhsilinin xanım müdriyəsi Xuraman Rüstəmova tərəfindən rayon İcra Başçısı Vaqif Abdullayevin dəstəyi ilə Tofiq Sadıqovun viranə qoyduğu təhsildəki bir sıra qanunsuzluqların qarşısı alınmış və yetərincə islahatlar aparılaraq rayon təhsilinin rahat nəfəs almasına şərait yaradılmışdır

Eks Təhsil şefi Tofiq Sadıqov elə buna görədə bu görülən gözəl işlərə bilavəstə mane olmaq şərti ilə bir çox mətbu orqanlara olan olmaz xəbərlər ötürərək yenidən öz kürsisinə nail olmaq istəyir

Tofiq Sadıqov hal-hazırda Beyləqan icra hakimiyyətində həmkarlar ittifaqının sədri vəzifəsini daşıyır. Əli rüşvət, korrupsiya çirkabına batmış Tofiq Sadıqov bu vəzifəsində də köhnə ən-ənələrini davam etdirməkdədir. Qanunsuz göndərişləri (bitovkalar) 300-500 manata sataraq oradaki məmurlardan və ya adi vətəndaşlardan sanatoriyalara göndərməyə nail olur.

Tofiq Sadıqovun qanunsuzlıqları bununlada bitmir. İş yerində tapılmır, gününün çox hissəsini rayonun müxtəlif yerlərindəki çayxanalarda keçirir. Daha çox qardaşının adına olan əxlaqsız yuvası kimi fəaliyyət göstərən kafedə vaxtını keçirtməkdədir.
Həmçinin Tofiq Sadıqov Beyləqan rayon icra başçısı Vaqif Abdullayevində tutduğu posta göz dikərək yuxarı inistansiyalardan tanış axtarışındadır. Çox gülməli alınsada bu belədir. Tofiq Sadıqov Beyləqan Təhsilini necə pis hala salıbsa rayonuda o hala salmaq iqtidarındadır.

Mənbə bildirir ki, dəfələrlə Beyləqan icra başçısı Vaqif Abdullayev Tofiq Sadıqovun bu cür əməllərindən xəbər tutub xəbərdarlıq etsədə Tofiq Sadıqov yenədə öz xəbərsiz və gizlin işlərindən əl çəkmir ki, çəkmir. Bir sözlə Tofiq Sadıqov Beyləqanlıların rahat yaşamasına qənim kəsilib.

PS. Tofiq Sadıqov kimlərin adına nələr yazıb və nə qədər pul yeyib? Tofiq Sadıqovun bir çox qanunsuz hərəkərləri haqqında Xəbəral.az saytında bu yaxın günlərdə sizlərə məlumat verəcəyik. Bizi izləyin.

Qarşı Tərəfi dinləyib mövqeyini işıqlandırmağa hazırıq
Tarix: 31-07-2018, 10:37
Xəbəri paylaş





Xəbər lenti