Cəlilabad rayonu Şabanlı kəndində yaşayan Aydın Tarverdiyev oğlunun hərbi xidmət zamanı komandiri tərəfindən güllələndiyini iddia edir. Amma qarşı tərəf Çingiz Tarverdiyevin özünü güllələməsini deyir. Güllənin başın arxa hissəsindən dəyməsi intihar hadisəsinə inamı heçə saysa da buna məhəl qoyulmayıb. Şikəst olmuş 1-ci qrup övladına baxa bilməyən ata aidyyatı orqanlara dəfələrlə müraciət etsə də, onun şikayətlərinə məhəl qoyulmayıb.
Aydın Tarverdiyev daha iki oğlunun hərbi xidmət zamanı sağlamlığına zərər dəydiyini bildirib. Amma onlar da qayğıdan kənar qalıb. 6 oğul atası olan Tarverdiyev övladlarına iş tapılmadığını, ünvanlı social yardım ala bilmələrini də dilə gətirib. Şəraitsiz yerdə yaşadıqlarından nəvələrində xəstəliklər yaranıb. Əllərində sənədlər olsa da, onlara pensiya kəsilməməsindən də gileylənib.
İyirmi nəfərdən çox ailə üzvü ilə kiçik komada yaşayan ailə başçısı bu və digər problemlər haqda azdliq.info-ya danışıb.
Aydın Tarverdiyevlə söhbəti iləyicilərimizə təqdim edirik.