Zərdab sakini Fikrət Məmmədova müraciət edir : 6 yaşlı qızının həyatını xilas etmək istəyir
Ata 6 yaşlı qızının həyatını xilas etmək istəyir Zərdab rayonu Qoruqbağı kənd sakini, 04.08.1990-cı il təvəllüdlü Məmmədov Səxavət Mayor oğlu öz həyat faciəsi və məhkəmə hakimlərinin qəbul etdiyi ədalətsiz qərarlarla bağlı Siam.az saytına müraciət edib.
Onun müraciətini olduğu kimi dərc edirik:
“ Mən 14 noyabr 2011-ci il tarixdə Hacıqabul rayon sakini Məmmədova Samirə Rəfail qızı ilə qanuni ailə həyatı qurmuşam. 2012-ci il oktyabrın 13-də Nuray adlı qız övladımız dünyaya gəlib. Sözün düzü, evlənəndə Samirənin xəstə olduğunu bilmirdim. Sonradan bildim ki, Samirə atası evində müntəzəm müalicə olunurmuş.Samirə dəfələrlə birgə yaşadığımız atama məxsus evi yandırıb, qızımı alovun içərisinə atıb yandırmaq, öldürmək istəyib. Biz uşağı güclə onun əlindən alıb xılas etmişik. Mən ailəmin dağılmaması üçün Samirəni Respublika Xəstəxanasında 5 ay, Medstayl Hospitalda uzun müddət müalicə etdirsəm də faydası olmayıb. Hətta həkimlər mənə bildirib ki, belə xəstə ilə evlənmək olmazdı. Yoldaşım uzun müddət isteriya tutması diaqnozu ilə Zərdab Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatında olub. Bu Zərdab RMX-nın 15.03.2018-ci il tarixli, 02-901 saylı, şöbə müdiri X.Teymurovanın və həkim-nevropatoloq F.Mürsəlovanın imzası və möhürü ilə təsdiq olunan arayışından da görünür. Arayışda qeyd edilir ki:
“Verilir Zərdab rayonu Qoruqbağı kənd sakini Məmmədova Samirə Rəfail qızına ondan ötəri ki, o həqiqətən də “ İsteriya tutması “ diaqnozu ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasınln Poliklinika şöbəsində dispanser qeydiyyatdadır. Arayış Hacıqabul rayon məhkəməsinə təqdim etmək üçün verilir”.Mən bütün baş verənlərdən sonra Samirədən boşanmaq qərarına gəldim.
Və Zərdab rayon məhkəməsinin hakimi Tahir Qubadovun 28 fevral 2017-ci il tarixli qərarı ilə biz boşandıq. Ancaq mən qızım Nurayın psixoloji xəstə olan anasında qalmasına etiraz etdim. Çünki qızımın həyatı üçün hər an təhlükə var. Axı azyaşlı uşağı psixi xəstənin himayəsinə necə vermək olar ? Ancaq təəssüf ki, məhkəmə hakimləri mənim haqlı tələbimi nəzərə almadılar. Və nəticədə Zərdab, Hacıqabul rayon məhkəmləri qanunsuz qərar verdilər. Şirvan Appelyasiya Məhkəməsi isə onların qərarını 17 iyul 2018 ci il tarixdə təsdiq etdi. Təsəvvür edirsiniz 10 dəfə keçirilən məhkəmə proseslərinə qarşı tərəf 1 dəfə də olsun gəlməyib. Və hakimlər qarşı tərəfin iştirakı olmadan qərar veriblər. Mən ədliyyə naziri,Məhkəmə- Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovda xahiş edirəm ki, qanunsuz məhkəmə qərarları ləğv edilsin və işə qanuni baxılsın.”
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 16-08-2018, 10:02