Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti Qazaxda büdrəyib... - İDDİA
Sığorta olunanların hüquqlarının pozulması halları faiz etibarilə yüksəkdir. Bu da insanların sığorta şirkətlərinə inamını zəiflədir.
Bütün normal cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da sığorta şirkəti inkişaf etdirilməlidir. Bu inkişafın qarşısını alan maneələri qruplaşdırsaq, bir hissəsini qanunvericilikdə olan müəyyən boşluqlar, digər hissəsini isə sığorta şirkətlərində sığorta ödənişlərindən yayınma halları təşkil edir. Təəssüf ki, bu cür qanun pozuntularına qarşı aidiyyatı dövlət orqanları tərəfindən ciddi tədbirlər görülmür.
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax Rayon Filialında vəziyyət elə də ürəkaçan deyil. Bunun səbəbi kimi uzun illər partiya və sovet orqanlarında çalışan, həmin dövrün inzibati-amirlik üsullarının aludəçisi kimi qiymətləndirilən Mübariz Abdullayevin işə laqeyd münasibətindən yaranır. Dövlət sığortası haqqında vətəndaşlar arasında aparılan təbliğatın zəifliyi, avtoqəza və ya digər hallarda vətəndaşa dəyən ziyanın süründürməçiliklə ödənilməsi Mübariz Abdullayevin özünə məxsus qanunları ilə bağlıdır. Bu da dövlət sığorta şirkətinə olan etibarın azalması ilə nəticələnir.
Mübariz Abdullayev rayonda fəaliyyət göstərən özəl sığortaların gördükləri işlərin yalnız bir hissəsinin zorla öhdəsindən gələ bilir. Hətta, avtomobil sahibi ilə əlaqəyə girərək, dövlətdən yaxşı pul almaq məqsəd ilə sürücülərə ağır formalı arayışlar yazır . Bu da birbaşa Dövlət əmlakını talamaq kimi bir şeydir. \\teref.az\\