Fazil Məmmədovun Şəmkirdəki adamı da gedir - Keçmiş nazirin bisnesi də şübhə altına düşür
Yaxın gülərdə Şəmkirə yeni icra başçısı təyinatı baş tuta bilər. Bu barədə DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, hazırda rayona rəhbərlik edən Alimpaşa Məmmədovun yerinə gənc kadr hazırlanır.
Xatırladaq ki, Alimpaşa Məmmədov sabiq Vergilər Naziri Fazil Məmmədovun əsas adamlarından biri hesab olunur və hazırda Fazil Məmmədovun Şəmkirdə onlarla biznes obyektləri var ki, məhz bu baxımdan sözügedən rayon keçmiş nazir üçün əlahiddə əhəmiyyətə malikdir.
Mənbənin dia.az-a söylədikləri: "Fazil Məmmədovun səhhətində yaranan problemlər onun şevrəsinə qarşı bəlli hərəkətlənməni müəyyən qədər səngitmiş olsa da, proses yaxın günlərdə start götürəcək və təkcə Alimpaşa Məmmədov yox, keçmiş nazirə yaxın digər fiqurlar da görəvlərindən alınacaq".