"Heç Afrikada da belə məktəb yoxdur..." - GİLEY

 Bərdə rayonunda yerləşən 122 saylı Ağdam köçkün tam orta məktəbinin acınacaqlı vəziyyətini göstərən bu videoroliki oxuculara təqdim edirik. Apardığımız araşdırmalardan o da məlum oldu ki, 118 saylı dairədə yerləşən ərazinin deputatı Bəxtiyar Əliyevdir. Hər yerdə yeni məktəblərin tikildiyi bir vaxtda köçkün məktəbinin vaqonlarda yerləşməsi hər halda Təhsil Nazirimiz Ceyhun Bayramov cənablarını düşündürməlidir.

Videonu və onu paylaşan Səbuhi bəyin kommentini sizlərə təqdim edirik:

"Bərdədə Ağdam məktəbi. Heç Afrikada da belə məktəb yoxdur. Məlum paylaşımımdan sonra jurnalist dostlarım bu məktəbə məsul olanları tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən video-reportajda əraziyə məsul deputatın da dairəsini işarə vermişəm. Ən azından o, biləcək, təbii ki, uzaq-uzaq ellərdə istirahət etmirsə..."

Vaqonlarda yerləşən Ağdamın 122 saylı köçkün məktəbi - Təhisl Nazirimizin bundan xəbəri var? VİDEOFAKT

      
Vaqonlarda yerləşən Ağdamın 122 saylı köçkün məktəbi - Təhisl Nazirimizin bundan xəbəri var? VİDEOFAKT


Tarix: 28-08-2018, 14:02
Xəbəri paylaş





Xəbər lenti