Baldız, dayıqızı, kirvənin uşağı-FÜZULİDƏ MƏKTƏB DİREKTORLARI KİMİNLƏ QOHUM-ƏQRABADI

 Bu günlər də əldə etdiyimiz məlumatlarda bəzi rayonların təhsil şöbələrinə rəhbərlik edən şəxslərin heç də bu vəzifələrin irəli sürdüyü spesifik tələblərə cavab verə bilmədikləri faktı öz təsdiqini tapır. Füzuli rayonunun təhsil sistemində yaşanan xoşagəlməz hadisələr, müəllimlərin incidilməsi, şagirdlərin müxtəlif bəhanələrlə yığımlara cəlb edilməsi, orta məktəblərə lazım olan avadanlıqların alınması üçün keçirilən tenderlərdəki qeyri-şəffaflıq və təhsil şöbəsinin müdiri Ramella Məmmədovanın vəzifəsinə məsuliyyətlə yanaşmaması haqda ətraflı məlumatlara malikik. Həmin iformasiyalarda qeyd olunur ki, sabiq TŞ müdirəsi Almaz Həşimovanın “vurulmasından” sonra Füzuli rayon təhsil şöbəsinə yeni təyin olunmuş Ramella Məmmədova yeni “rüşvət” mexanizimi həyata keçirir. Füzuli təhsil işçiləri Almaz Həşimovanın ölənlərinə rəhmət oxuyurlar.
Xatırladaq ki, hələ bir müddət əvvəl mediada belə bir xəbər yayılmışdır ki, Füzuli rayon məktəblərindən birində çalışan və təbii ki, adının açıqlanmasını istəməyən müəllimin sözlərinə görə, rayon məktəb direktorları da daxil olmaqla, müəllimlərdən kütləvi şəkildə pul toplanır:“Müəllimlərin hər birinin məzuniyyət pulundan 100 manat alırlar, məktəb direktorlarına isə hərəsinə 5 min manat gətirmək tapşırılıb. Məktəb direktorları banklardan kredit götürərək tələb edilən məbləği verməyə başlayıblar. Bizə də deyirlər ki, bu pul yoxlama zamanı aşkara çıxan kəsirləri bağlamaq üçündür. Maraqlıdır, hansı kəsirlərdən söz gedir? Bizim nəyimizə lazımdır ki, kəsir niyə yaranıb, necə bağlanmalıdır? Kiminsə tamahının qurbanı niyə müəllimlər olmalıdır? Onsuz da maaşımız o qədər də çox deyil, onun da 100 manatının əlimizdən alınması bizim üçün olduqca çətinlik yaradır”. Məntiqlə müəllimlər haqlıdırlar. Axı onlar niyə kiminsə tamahına qurban olmalıdılar və ya kimlərinsə kəsirlərini doldurmalıdırlar?
Məmmədovanın “qara kassa”sı
Füzuli rayonunda 81 məktəb fəaliyyət göstərir, bu isə kifayət qədər böyük müəllim kollektivi deməkdir. Bildirilir ki, Füzulidəki bərbad təhsillə bağlı acınacaqlı vəziyyət araşdırılsa, əlbəttə ki, Ramella Məmmədovanın taleyi heç də yaxşı sonluqla nəticələnməyəcək. Belə davam edərsə, xanım müdirəni Ağcabədi rayon təhsil şöbəsinin keçmiş müdiri Mehdi Əhmədovun aqibəti gözləyir. Füzuli rayon Təhsil Şöbəsində biabırçı vəziyyət yaranıb Bu barədə Tahir Qafarov məlumat verib. Onun sözlərinə görə, yeni tədris ili başlayan kimi təhsil şöbəsinin müdiri Ramella Məmmədova və kadrlar üzrə inspektor Şadiya Qəhrəmanova müxtəlif variantlarla növbəti pul yığımına başlayıblar. Onlar Təhsil Nazirliyinin və Füzuli rayon icra başçısı adından istifadə edirlər. Füzuli camaatı Qəhrəmanovanı həm başçının, həm də Məmmədovanın “qara kassa”sı adlandırır. Rayon təhsil şöbəsində işə girəni və çıxanı, direktor və ya dərs hissə müdiri gedəni, testdən keçib bal toplaya bilməyənləri, 65 yaşı tamam olanlarla yenidən müqavilə bağlayanlarının hamısının pulunu Ramella Məmmədovanın göstərişi ilə xanım Qəhrəmanova alır.
Səttar Mehbaliyevin və Cavid Qurbanovun adından sui-istifadə
Bilgilərdə qeyd olunur ki, Ramella Məmmədovaya təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat alması üçün 150 min manata başa gəlib. Mənbəmiz iddia edir ki, müəllimlərin işə qəbulu proseduralarında, eləcə də direktorların qanunsuz işdən çıxarılmasında və qanunsuz təyinatların aparılmasında da böyük biabırçılıqlar yaşanır. Bu səbəbdən də Füzuli təhsilində böyük narazılıqlar yaranıb. Verilən məlumatlarda qeyd olunur ki, bu üzdən də bir qrup pedoqoji işçilər Prezidentə müraciət etmək qənaətinə gəliblər. Əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, bəzi müəllimlər var ki, təhsildəki pul yığılma halları ilə bağlı ölkə başçısına müraciət etməkdən də çəkinirlər. Qorxurlar sonda onlarında aqibəti Şakir Haciyev kimi olar. Ramella Məmmədovanın arxa-dayağı böyükdür.Bilgilərə görə, R. Məmmədova tez-tez Təhsil İşçiləri Azad Həmkarlar İttifaqın sədri Səttar Mehbaliyevin və Cavid Qurbanovun adı çəkir. Ona görə də, bəzi direktorlar və müəllimlər ondan ehtiyat edir.
Qohum -əqraba üşün şərait
RealMedia.az-ı bilgiləndirən mənbə iddia edir ki, yay məzuniyyəti dövründə hər direktordan 1500-2000 manat yığılır ki, bu haqda da onlar dəfələrə Təhsil nazirliyinə müraciətlər etsələr də, lakin onların bu müraciətləri nəticə verməyib. Mənbəmiz rayonda fəaliyyət göstərən 86 məktəbin hər biri üçün pul bölgüsünü isbat edən siyahıda təqdim edib:
1) Fövqəladə Hallar Nazirliyinin hər məktəb üçün planı 8- Azn
2) Yanğından mühafizə balonlarının doldurulması üçün 40 AZn
3) Ali məktəblərə qəbul olunanlara banket verilməsi üçün 150 Azn
4) Rayon icra hakimiyyəti adından məzunlara hədiyyə alınması üçün 100 AZn
5) Müəllimlər konfransını təşkil etmək üçün və rayon icra hakimiyyəti adından müəlliməri mükafatlandırmaq üçün 150 Azn
6) Fin qəsəbəsi ərzisində açılacaq yeni məktəbin yaşıllaşdırılması və Prezidentin rayona gəlişini əks etdirən stendlər üçün 250 AZn
7) 65 yaşa çatanlara müqavilə bağlamaq üçün 800-1000 Azn

Testdən keçməyib yerində qalıb direktor işləyən məktəblərin siyahısı isə belədir:
Qayıdış 5 N li məktəb
Qayıdış 2 N li məktəb
Bakı şəhərində yerləşən 45 Nli məktəb
Sumqayıtda yerləşən 7 N li məktəb
Hər məktəb direktoruna qoyulan məbləğ 5000 manatdır. Mənbə əlavə edib ki, 45 saylı məktəbə isə 5 ili tamam olmamış Təhsil Nazirliyindən attestasiyadan keçmədən başçının baldızı qızı İlahə Qəmbərovanı qoyub: “Təhsil sistemində qohumluq bununla bitmir. Bakı şəhərində yerləşən 2 Nli məktəbin direktoru Alı Alıyevin əmisi oğlunun həyat yoldaşı Svetlana Məmmədova, Qayıdış 2 Nli məktəbin direktoru Rəna müəllimə başçının dayısı qızı, Qayıdış 5 Nli məktəbin direktoru Alı Alıyevlə kirvədir. Zobucuq 27 saylı məktəbə isə direktor Gəncə müəllimlər insitutunu saxta diplomla bitirmiş Elşad müəllimi 10000 Azn alaraq təyin etmişdilər. Bu məktəbə dərs hissə müdiri isə nazirliyin testindən keçə bilməyən bundan qabaq 7 Nli məktəbin direktoru məktəbəqədər müəssisələrdə psixoloq ixtisaslı Şahirə müəllimədən 3000 Azn alınaraq təyin edilib.
Qarşı tərəfi dinləyə bilərik.
Tarix: 1-09-2018, 14:35
Xəbəri paylaş





Xəbər lenti