Şəmkirdə gənclər siyasəti fiaskosu - İlham Əiyevin açılışını etdiyi Mərkəzi bağladılar

 

 2013-cü ilin sentyabr ayının 11 də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Şəmkirdə Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışını etdi. Şəmkir və reigon gəncləri üçün bu çox böyük hədiyyə idi. Ötən illər ərzində bu mərkəzdə 100 lə, minlərlə gənc maraqlı işlərdən faydalandı, öz gələcəyini qurmağa yardım etdi. Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Şəmkirdə gənclər siyasəti fiaskosu
Şəmkirdə gənclər siyasəti fiaskosu

Məqalə müəllifləri daha sonra dia.az-a yazırlar: "Lakin 2016 ci ildən bu yana mərkəz başladı özünün süqut dövrünü yaşamağa. Və nəhayət özünün 5 illik yubileyini keçirməli olan bir vaxtda Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi rəsmən bağlı elan olundu və mərkəz Şəmkirin indiki icra başçısı Alimpaşa Məmmədov cənablarının ( bu insan hər kəsi məcbur edir özünə cənab deməyə) olan Böyük Yol İctimai Birliyinə verildi.

Bir müddət mərkəzə rəhbərlik edən, özünü apara bilməyən, təlxəklik edən Ramin Cəfərov mərkəzi tamamilə məhv etdi. Mərkəzin bağlanacağı o vaxtdan məlum idi. Amma rayon rəhbərliyi susub gözləyirdi ki mərkəz bağlansın və özü zəbt etsin".

Daha sonra dia.az-a daxil olan məlumatda sual olunur: "Sizdən xahiş edirik məsələ ilə bağlı rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara müraciət ünvanlıyasınız ki, əgər bu Gənclər Mərkəzidirsə niyə Zəka adı ilə fəaliyyətini davam etdirməyə imkan vermədilər? İlham Əliyevin lentini kəsdiyi, açılışını etdiyi, Parlaq Zəka verlişini izlədiyi mərkəzi niyə Böyük Yol etdilər? Məgər Böyük Yol Zəka komandasından təcrübəli və səriştəli komandadı? Rayon gəncləri arasında niyə belə ayrıseçkilik, tiryəlik yaradıldı? Böyük Yol adı ilə Alimpaşa Məmmədov özünə biznes imperiyası, təhsil mərkəzi, kurslar açmaq istəyirdisə, Zəka adı ilə qalsa da edə bilməzdi?"

Şəmkirdə gənclər siyasəti fiaskosu
Şəmkirdə gənclər siyasəti fiaskosu
Şəmkirdə gənclər siyasəti fiaskosu

Daha sonra müraciət müəllifləri dia.az-a yazırlar: "Ümid edirik Şəmkir gənclərinin səsini eşidib, bu yazımızı ictimailəşdirəcəksiniz və bu işləri görmüş adamlar görəcəklər ki, biz sakit durmuruq, biz haqqımızı tələb edirik.

Sizə göndərdiyimiz şəkillər hamısı Şəmkir rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsindən götürülüb. Baxın Alimpaşa Məmmədov öz qələbəsini necə ədalı qeyd edir. Ətrafındakı insanların duruşuna baxın ki bu mərkəzi məhv etməyə necə sevinirlər".

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şəmkirdə gənclər siyasəti fiaskosu
Şəmkirdə gənclər siyasəti fiaskosu
Şəmkirdə gənclər siyasəti fiaskosu
Şəmkirdə gənclər siyasəti fiaskosu
Şəmkirdə gənclər siyasəti fiaskosu 
Tarix: 4-09-2018, 14:13
Xəbəri paylaş





Xəbər lenti