İnam Kərimovun Beyləqandakı işçisi təftiş edilir - GƏLİŞMƏ
Mil Təcrübəçilik Stansiyanın direktoru İnam Kərimovun yaxın ətrafında özünə himayəçi tapdığını deyir.Ötən həftə Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Beyləqan rayon Bolsulu kəndindən fəaliyyət göstərən Mil Təcrübə Stansiyasındakı vəziyyətlə bağlı oxucularımıza qısa məlumat vermişdik. Həmin məlumatda vurğulamışdıq ki, bir qrup kənd sakini Mil Təcrübəçilik Stansiyasının direktoru İmamverdi Alıyevdən şikayətçidir. Onlar saytımıza yazdıqları şikayət məktubunda bildirirlər ki, direktori İmamverdi Alıyev Mil Təcrübəçilik Stansiyasını hələdə köhnə nazir Heydər Əsədovun dövründəki kimi işlədir. Belə ki, direktor stansiyasının torpaqlarını öz şəxsi malı kimi istifadə edir. Bundan başqa Mil Təcrübəçilik Stansiyasında adı olub özü olmayan işçilər və digər maliyyə maxinasiyalarıda mövcuddur. Bütün bunlardan isə yeni nazir İnam Kərimovun xəbəri yoxdur. Saytımız vasitəsi ilə Kənd Təsərrüfatı nazirinə müraciət ünvanlayan şikayətçilər İnam Kərimovdan xahişlər edirlər ki, Mil Təcrübəçilik Stansiyasına yoxlama göndərilməsinə tapşırıq versin.
AzFakt.com-a daxil olan məlumata görə Mil Təcrübəçilik Stansiyasında hazırda Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılır. Şikayətçilərimiz bildirirlər ki, İmamverdi Alıyev həyata keçirtdiyi maliyyə maxinasiyalarını yoxlamanın köməkliyi ilə rahat şəkildə yoluna qoyacağından əmindir. Çünki stansiyanı yoxlayan maliyyə müfəttişlərinin bəribaşdan hörmətini etdiyi deyilir.
Mil Təcrübəçilik Stansiyasından saytımıza daxil olan məlumata görə direktor İmamverdi Alıyev illərdi stansiyada ciddi şəkildə maliyyə pozuntuları həyata keçirir. Direktorun maliyyə pozuntularını üzə çıxartmaq üçün isə sadəcə müfəttişlərin vicdanlı yoxlama apramları lazımdı. Məlumatda həmçinin qeyd edilir ki, İmamverdi Alıyev tez-tez yaxın ətrafına yeni nazir İnam Kərimovun komandasında ciddi himayə tapdığını dilə gətirir. Məhz buna görədə heç nədən çəkinmədiyini və sonda yenədə direktor vəzifəsində qalaraq Mil Təcrübəçilik Stansiyanı çapıb talayacağından arxayındır.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Tarix: 4-09-2018, 23:35