Şamaxıda YAP üzvü bələdiyyə sədrini faş etdi... - Müraciət
Şamaxı rayon Göylər kənd sakini YAP-nin üzvü Salahov Toğrul Saleh oğlu prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Hörmətli Cənab Prezident.Yazıb sizdən kənd camahatı adından bildirmək istəyiriki,Göylər kəndinin Bələdiyyə sədri Nəbi Nəbiyev kəndimiz ücün işləmir ancaq öz cibin doldurmaqla məşğuldur.Azərbaycan Respublikasının Rəhbərəinin bizim kəndimizə olan qayöısı nəticəsində,bizim kəndin yoları təmir olundu,yeni asvaltlar cəkildi.Cənab Prezident həmin yolun acılışınada özü gəlmişdir,bununla yanaşı bizim kəndimizdə Heydər Əliyev fondu tərəfindən orta məktəbdə tikildi,biz kənd camahatı adından Ölkə Başcımıza minətdarıq.Amma nədənsə yerli məmurlar hələdə özlərini düzəltmirlər Dövlətimiz və xalqımız ücün işləmək əvəzinə öz ciblərin güdürlər,ancaq öz ciblərin doldurmaqı fikirləşirlər,gecə və gündüz dayanmadan.Mən YAP-nin fəyal üzvü olaraq bu cür məmurlarla barışmaz bir mövqeydəyəm,həmişədə belə olacam,mən bu cür məsələləri gördükdə ölkə başcımıza məlumat vermişəm,həmişədə məlumat verəcəm,biz Prezidentimizin ətrafinda topalanıb,bir yumuruq olaraq Ölkə rəhbərimizə kömək etməliyik.Həmin yolun yəni Şamaxı Padar-cöl yolunun bizim kəndin icərisindən kecən hisəsində yolun kənarlarına kücələrin işıqlandırılması ücün işıq dirəkləri qoyulub,iki il kecməsinə baxmayaraq,cox təsüfki həmin işıqlar hələdə yanmır.O işıqların qoyulması ücün nə qədər xərclər cəkilib,bu günkü gün dəfələrlə işıq idarəsinin müdrünə desəkdə o bizə bidirirki Bələdiyyə sədri gəlib müqavilə baglamalıdır.Bələdiyyə Sədri Nəbi Nəbiyevdə hər dəfə deyirki bücəmdə pul yoxdur.Amma hesabatda boynuna alan yığdığı vergi 20000 manat olub,Bəs sual yaranır bu puları hara xərcləyib.Göylər kəndindəki qədmi məzarliq torpaqlarındanda satib,kəndin əkin torpaqlarında saxta sənədlər düzəldirərək isalahat sənədi adıyla satırlar.Bu saxta katasdırları düzəlməsidə ona kömək edən şəxslərdə torpaq idarəsində işləyirlər,onlardan biri Bakıdakı kecmiş torpaq və xəritə cəkmə idarəsinin işcisi Elxan,o birisi iysə Şamaxı torpaq idarəsinin işcisi
Nağdəliyev Fərid Köcəri oğludur.Cənab Prezidentimiz əkin torpaqlarından səmərəli istifadə olunmasını dəfələrlə desədə,kənd təsərüfatının inkişaf olunmasını dəfələrlə desədə,bizim Bələdiyyə sədrimiz Nəbi Nəbiyev həmin əkin torpaqların 4000-5000 yaşayış yerləri və restoran yerləi ücün satır,cibin doldurur.Bu bəs deyilmiş kimi kəndin örüş sahələrindəki torpaq sahələrinin münbit qatınıda eksqavator vasitəsi iylə kamazlara yüklədirərək bakıya satışa gedir.Bu barədə dəfələrlə Ekalogiya və Təbii Sərvətlər Nazirliyyinə müraciyyət etsəmdə hec bir tədbir görülmür,İsmayılı şöbəsinin əməkdaşı var Gülamədin adlı onun əliylə məsələni bağlayırlar.Axı Bələdiyyə sədrinin pulu coxdur gələn yoxlamanıda razı salır.Bu məsələlər barədə Kənd İra nümayəndəsinədə dəfələrlə desəkdə ya işləyə bilmir Bələdiyyə sədrinə söz deyə bilmir yadakı bu alverlərdə onunda payı var.Hörmətli Cənab Prezident mən bu cür məsələlərdə həmişə sizə məlumat vermişəm və məlumat verəcəyəmdə.Xahiş edirəm qanuni tədbirlər görülməsi ücün lazimi orqanlara göstəriş verəsiniz".
Qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 5-09-2018, 15:13