Şəkidə BAŞÇI NARAZILIQ YARADIR - İTTİHAM

 Şəkinin icra başçısı Elxan Usubov barəsində ən çox şikayət olunan icra başçılarından biri kimi tanınmaqdadır. Bunu xatırladan narazı şəkililər DİA.AZ-a yazırlar:

"Amma nə olsun ki? Bu gün Şəki camaatının dərisini soymaqla məşğul olan Elxan Usubova kimsə "gözün üstündə qaşın var" demir. Elxan Usubov istədiyini edir. Yalandan "yuxarılara" hesabat verir ki, Şəkidə tütünçülük var, kənd təsərrüfatı inkişaf edir... Amma hamısı yalan-palandır... Bu gün Şəkidə nə ipəkçilik var, nə tütünçülük, nə də başqa bir KTN sahəsi... Olanlar da gözdən pərdə asmaq üçündür.

Bir-iki sahə hazırlayıblar, Bakıdan gələnlərə göstərirlər... Elə təsəvvür yaradırlar ki, guya Şəkidə kənd təsərrüfatı inkişaf edir. Amma belə deyil. Və Elxan Usubovla birgə başqa cür ola da bilməz. Çünki..."

Dia.az bildirir ki, daha sonra narazı vətəndaşlar ağır ittihamlar səsləndirərək icra başçısını rüşvət almaqda, rüşvətsiz heç bir addımı atmamaqda, rayonda bütün yararlı sahələri öz yaxınları arasında bölüşdürməkdə və digər bu kimi əməllərdə suçlandırırlar.

Sakinlər sonda yazır: "Biz cənab prezidentimizdən xahiş edirik ki, dəfələrlə "yuxarılara" yalan hesabat verən Elxan Usubovun fəaliyyəti hüquqi müstəvidə araşdırılsın. O zaman ortaya çıxacaq ki, əslində Şəki camaatı rayondan yox, qıraqdan - Bakıdan, Rusiyadan, Azərbaycanın digər şəhərlərindən dolanır. Elxan Usubova qalsaydı, şəkililər acından ölməli idi..."

Qarşı tərəfi də dinləməyə hazırıq...
 
Tarix: 6-09-2018, 15:30
Xəbəri paylaş





Xəbər lenti