Prezidentin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovunvətəndaş qəbulu Xaçmaz sakinlərinə heç düşərli olmayıb
Cahan.info xəbər verir ki, bu ilin 23 fevralında Xaçmazda vətəndaş qəbulu keçirən komitə sədri sonra kadr yerdəyişmələri edib.
Bu barədə feysbukda hüquqşünas Səbuhi Axundov yazıb. Onun sözlərinə görə, K.Həsənovun keçirdiyi qəbuldan bir müddət sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi üzrə idarə rəisi dəyişdirilib.
Abşeron rayonu üzrə DƏDRX-nin rəisi Fizuli müəllim Xaçmaza, oranın rəisini də Abşerona təyin edib. S.Axundov camaata istinadla yazır ki, əhali ağ günə çıxacağını zənn edib.
“Sən demə görəsi günlərimiz qabaqda bizi gözləyirmiş. Mənə, xüsusi hal üzrə məlum olan odur ki, bu şəhər yerində “kvadrat metrlə” işləyən rəis, kənd yerində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahələrini də həm kvadratla hesablamağa başlayıb, həm də şəhər qiymətlərini tətbiq edir.
Təsəvvür edin ki, keçmişdə 200 manata aldığın məhsulu, indi 2000 manata sənə satmaq istəyirlər. Xaçmaz-Xudat camaatı bu gedişlə Kərəm Həsənovdan xahiş edəcəklər ki, elə hesab eləsin, nə o Xaçmaza gəlib, nə də əvvəlki DƏDRX rəisindən şikayətləri olub”, -deyə yazıb.
Sakinlər komitə sədrinin nəzərinə çatdırıb ki, Füzuli müəllimə bəzi məsələləri izah etmək lazımdır: “Ona izah edin ki, miqyas böyük olanda hesablamalar dəyişməlidir.
Kəndli bir ilə 2000 AZN qazanmaq üçün gərək 24 saat, 360 gün yatmasın. Bu olduqca kasıb dolanan bölgə insanları üçün “qaşınmayan yaranızı verin qaşıyım qan çıxarım” deməkdir”.
Cahan.info xəbər verir ki, Xaçmaz reyestr xidmətində rüşvət əvvəllər də tüğyan edirdi. Vətəndaşlar yeni rəis təyinatından sonra vəziyyətin nibətən dəyişməsini gözləyirmiş.
Amma “sən saydığını say, gör Füzuli nə sayır”. Abşeronda “qaz vurub, qazan doldurmuş” rəis indi də Xaçmazda bazar açıb. Kənd camaatı ev tikməyə peşman olublar.
Deyəsən, MTN işində həbs olunmuş sabiq DƏDRX rəisi Məhəmməd İmanovun aqibəti çoxlarına dərs olmayıb. K.Həsənov vətəndaşlarla görüşlər keçirir ki, şikayətlərini dinləsin.
Bu qəbullardan sonra camaatın üstünə “fil” göndərmək, prezidentdən narazı salmaq dövlət rəhbərliyinin tapşırıqlarına zidd fəaliyyətdir.
Komitə sədri bu sahədə islahatlar aparmasa, rüşvətə son qoyulmasa tezliklə reyestr xidməti tamamilə ASAN Xidmətə keçəcək.
Bir müddət əvvəl MTN işində düyünə düşən və az qala vəzifəsini itirmək təhlükəsi ilə üzləşən K.Həsənovun deyəsən mövqeyi möhkəmlənib və yenidən istəklərini reallaşdırır.
Dəfələrlə Abşeron Reyestr Xidmətində özbaşınalıqlardan bəhs olunub. Belə qanunsuzluqlarda adı çəkilmiş kadrı Xaçmaza urcah etmək əhalini “yağışdan çıxıb yağmura” düşməsidir.
İstərsə qeydiyyat çıxarışlarının verilməsində, istərsə həyətyanı torpaq sahələrinin və həyət evlərinin sənədləşdirilməsində geniş rüşvət piramidası fəaliyyətdədir.
MTN-nin inzibati resursları hesabına imkanlı adamları müəyyən edərək, onları “çökdürən” Eldar Mahmudova bu işdə həm də yaxın dostu olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov da kömək edirmiş.
Mətbuatda çıxan məlumatlarda bildirilir ki, Kərəm Həsənov Eldar Mahmudova 100-ə yaxın “iş” verib. Belə ki, komitə sədri dövlət əmlakını özəlləşdirən imkanlı şəxslər barəsində məlumatları dərhal MTN-nə ötürürmüş.
Dərhal həmin şəxslər MTN-nə çağrılır və yüksək rütbəli vəzifəlilər yeni özəlləşməyə görə, həmin şəxslərin MTN-dən “halallıq” almasını təklif edirmiş.
Çarəsiz durumda olan vətəndaşlar isə tələb olunan pulu MTN-nə çatdırırmış. Məlumata görə, məhz Kərəm Həsənovun informasiyası əsasında MTN 200-ə yaxın iş adamından ümumilikdə 13 milyona yaxın pul alıb.
MTN-dəki dəstənin ələ keçirdiyi obyektlərdən biri də "8-ci km” bazarındakı (el arasında "vosmoy” bazarı kimi tanınır) "Maral Veqa” olub. Belə ki, "çete” bazarın keçmiş sahibi Səfər Cəfərovun qardaşlarını həbs edib.
Bunun səbəbini öyrənmək üçün MTN-ə yollanan Səfər Cəfərovun özünü də həbs ediblər və vəhşicəsinə döyüblər.
Daha sonra isə ondan 5 milyon manat tələb ediblər. Bu qədər pulu olmayan bazar rəhbəri məcburən "Maral Veqa” adlı böyük obyektini MTN-çilərə verməli olub.
Yeri gəlmişkən, bu obyekti ələ keçirmiş Eldar Mahmudovun müavinin yaxın qohumu bu gün də həmin obyektə sahiblik edir. Məlumata görə, bu işdə də Kərəm Həsənovun rolu olub.
Məhz onun хidmətləri sayəsində sahibkardan qanunsuz yolla alınmış obyekt yeni "sahibi”nin adına rəsmiləşdirilib.
Komitə rəhbərliyinin və Xaçmaz reyestr xidməti rəisinin mövqeyini dərc etməyə hazırıq.