Daim qalmaqalları ilə gündəmə gələn Beyləqan icra başçısı Vaqif Abdullayev bu dəfədə növbəti biabırçılığa imza atıb
Beyləqandan daxil olan məlumata görə rayon rayon icra başçısı Vaqif Abdullayev Təzəkənd kənd sakinləri ilə keçirtdiyi səyyar görüşdə, kəndin baxça müdirəsi Müjgan Quliyevanı küçə söyüşləri ilə təhqir edərək zaldan qovub.Təzəkənd kənd sakinləri iddia edirlər ki, başçı onlarla keçirtdiyi görüşdə içkili vəziyyətdə olub və çox vaxt nə danışdığının fərqində olmayıb. Lakin icra başçısı baxça müdirəsini zaldan qovmaqla da kifayətlənməyib. Daha sonra Vaqif Abdullayev onu işdəndə də azad edib.
MilliYol-a daxil olan məlumata görə icra başçısının təhqir etdiyi baxça müdirəsi Müjgan Quliyeva Beyləqan rayon icra hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Quliyevin qızıdır.
İcra hakimiyyətindəki mənbənin verdiyi məlumata görə Vaqif Abdullayev Müjgan Quliyevanı 1 ilə yaxın imiş ki, Təzəkənd baxça müdiri təyin edibmiş. İcra başçısı baxça müdirini vəzifəyə pulsuz qoysa da sonradan dəfələrlə atası İlqar Quliyevdən hesab istəsə də istəyinə nail olmayıb. Sadəcə bir dəfə şöbə müdiri Vaqif Abdullayevə min (1000) manat pul verib ki, bu da başçının qəzəbinə səbəb olub.
Məlumatda bildirilir ki, başçı tələm-tələsik işdən çıxartdığı şöbə müdirinin qızı Müjgan Quliyevanın yerinə birinci müavini Telman Məstanovun bacısı gəlini Xanım Bayramovanı təyin edib. Yeni baxça müdirinin isə Vaqif Abdullayevə 5 min manat hesab verdiyi iddia olunur.