Bərdə rayon Qaz İdarəsində müqaviləylə işləyən 170-dən çox şəxsin maaşının vaxtında verilməməsi rayon prokurorluğuna qədər gedib çıxıb
Cahan.info-nun verdiyi məlumata görə, idarənin işçisi Bəxtiyar Ağdərəli feysbukda başlarına gələnləri yazıb. O, bir qrup işçinin adından Bərdə Rayon Prokurorluğuna yazılı şəkildə müraciət etdiklərini söyləyib.
“Məsələ bundan ibarətdir ki, 50 günə insanlar əməkhaqlarını çətinliklə də olsa, alıblar. İşçilərin adlarına “Kapital bank”da iki kart açılıb, birinci kart işçilərdə qalır, ikinci kart Bərdə qaz idarəsində...
İkinci kartdan vergi və digər ödəmələr edilir, bu da narazılıq yaradıb. Bizim adımıza olan kart özümüzdə olmalıdır.
Niyə qaz idarəsində olmalıdır ki, 275 manatdan işçilərə çatan 248 manatdır, qalıq 27 manatdan 15 manatı dövlət ödəmələrinə gedir, yerdə qalan 12 manatın taleyi məlum deyil. Buna görədə Bərdə Rayon Prokurorluğuna yenidən müraciət edib.
Mənə bildirildi ki, Bərdə rayon Qaz İdarəsinin satış üzrə rəisi Salman yazılı sürətdə prokurorluğa məktub yollayıb, maaşlarda gecikmənin olduğunu etiraf edib.
İdarə rəisi bunun səbəbini Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqələndirib. Deyib ki, işçiləri nazirlik götürüb, maaşın gecikməsi onların günahıdır.
İşçilərin adına olan ikinci kartların niyə idarədə saxlanmasını soruşdum. Mənə bunun mülki iş olduğu, məhkəməyə müraciət etməyimiz tövsiyə edildi”.
Ölkədə vətəndaşları narazı salmaq, insanları çörəklə imtahana çəkmək məmurların adətidir. Onlar insanları yox, gəlirlərini fikirləşirlər. Bu da fəhlə təbəqəsini dövlətdən narazı salır.
Bu faktlardan biri də gördüyünüz kimi, Bərdədə yaşanır. 170 nəfər müqavilə əsasında işləyir, gözünü maaşa dikib, amma Sahil Babayevin nazirliyi maaşları yubadır, qaz idarəsi isə ikinci kartdan sosial fonda ödənilən vəsaitlərdən mənimsəyir.
Cahan.info-nun verdiyi məlumata görə, hər ay hər kartdan 12 manat silinməsi dövlət cinayətidir. Bunu edənlər barəsində araşdırma aparılmalıdır.
Əhalini ayağa qaldırmaq, sosial narazılıq yaratmaq olmaz. Bu, prezidentin siyasətinin əleyhinə aparılan işdir. Ona görə də Qaz İdarəsinin 170-dən artıq əməkdaşı maaşlarını vaxtlı-vaxtında ala bilmədikləri və işçilər arasında ayrı-seçkilik qoyulmasından narazılıq edərək ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
“Cənab prezident! Nəzərinizə çatdırırıq ki, biz Bərdə rayonu Qaz İdarəsinin əməkdaşları maaşlarımızı 45 və 50 günə alırıq, ona görə də işə getməyə yolpulu belə tapmırıq.
Bəzilərimizin ərzaq mağazalarına o qədər borcu var ki, daha bizə nisyə ərzaq belə vermirlər. 170 nəfər ailə başçısı, üstəgəl ailə üzvləri min nəfərə yaxın insan deməkdir.
Bu qədər insan hər ay bu əməkhaqqına gözünü dikir. Şirkətdən bizə bildirirlər ki, əmək haqqınızı Sosial Müdafiyə Nazirliyi ödəməlidir.
Biz sözügedən nazirliyin 142 qaynar xəttinə zəng edirik, ordan isə bizə dedilər ki, siz "SOCAR” şirkətiylə müqavilə bağlamısız, maaşınızı da onlar ödəməlidir.
Onu da bildirək ki, ştatda işləyən içilər hər ayın 5-də əmək haqı alırlar. Bu ayrı-seçkilik isə içilərin arasında böyük narazlığa səbəb olur.
Cənab Prezident! Biz də onlar kimi Azərbaycan vətəndaşıyıq, eləsə niyə işçilər arasında belə ayrı- seçkilik eləyirlər?! Bu insan haqlarının kobudcasına pozulması deyilmi?
Həmkarlar İtifaqı niyə bu məsələyə göz yumur? Bizə vur-tut 248 manat əməkhaqqı verilir, onu da vaxtlı vaxtında ödəmirlər.
Ölkəmizdə güclü inkişafımız var, deyirik, iqtisadiyyatımız yüksəkdir, deyirik. Amma təsüflər olsun ki, bunu sadə vətəndaşlar hiss etmir.
Azərbaycanda məmur özbaşnalığının qarşısını almaq, görünür, mümkün deyil. Belə halda biz kimə müraciət edək?
Nəzərinizə çatdıraq ki, bu 170 nəfər ailə başçıları arasında şəhid ailəsi də, Qarabağ əlili olan da var. Əzizi vətən uğrunda can qoyan da öz ölkəsində zülm içində yaşayarmı? Biz sizə müraciət edərək bu haqsızlığa son qoyulmasına yardımçı olmanızı istəyirik.”
Sözügedən məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev sozcu.info saytına bildirib ki, şirkətin ştatlı işçiləri ayın 10-dək, xidməti müqavilə ilə işləyənlərsə 20-dən əmək haqqı alırlar. Nə onların, nə də digərlərinin əmək haqqı yubanır”.