Teref.az sosial şəbəkə istifadəçisi Cəmil Məmmədliyə istinadən yazır ki, bu gün Xaçmaz şəhərində rayon rəhbərliyinin iştirakı ilə Zərifə Əliyevanın heykəlinin açılışı oldu.
Deməli tədbirdə icra başçısı Şəmsəddin Xanbabayev Hüseyn Cavidin şerlərindən birini oxuyur. Hamı alqışlayır, Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova da başçının qiraətini və şeri tərifləyir
"Olduqca mənalı, dərin fəlsəfəyə məxsus bir şerdi. Qiraətə isə söz ola bilməz. Bunu heç kəs sizin kimi oxuya bilməzdi. Hüseyn Cavid böyük və dahi şairdi", filan deyib mədhiyyətə başlayır. Şəmsəddin müəllim onun qulağına zarafatca, "şer özümündü, mən yazmışam, yalandan Hüseyn Cavidin adını dedim" söyləyəndə, Mədinə müəllimə tez valı dəyişir.
"Mən deyirəm axı, bu şeri heç yerdə eşitməmişdim. Belə dərin mənalı şeri ancaq siz yaza bilərdiniz Şəmsəddin müəllim, sizin qarşınızda bay əyirəm" deyib, gülümsəyərək yenidən "kursu" dəyişməyə çalışır.
Kənardan başqa rəhbər işçilər situasiyaya gülərək, ay Mədinə xanım, şeri elə Hüseyn Cavid yazıb, başçı zarafat edir deyirlər…
P.S. Şer parçası "İblis" əsərindən olub deyirlər