Azərbaycanda baş həkim barəsində akt tərtib olundu


Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı QAZ-52 markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkar olunub.

Araşdırma zamanı ağacların Şamaxı rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub və təbiətə 3.000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Faktla bağlı Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.

Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.

Tarix: 18-09-2018, 14:01
Xəbəri paylaş





Xəbər lenti