SİAM.az yazdı, tədbir görüldü:Bərdədə

                 Bərdə rayon Divanlı Kənd Bələdiyyəsinə 2000 manat dəyərində cərimə yazılıb.Buna səbəb ərazidəki zibilliyin təmizlənməməsi olub.Bir neçə gün öncə SİAM.az-ın Bərdə rayonunun Divanlı kəndindəki dözülməz ekoloji vəziyyətlə bağlı yazısı öz müsbət nəticəsini verib. Yazıdan sonra  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya İdarəsinin əməkdaşları  Bərdə rayonunun Divanlı kənd ərazisində xeylı miqdarda tullantıdan yaranmış zibilliyə baxış keçiriblər.  “SİAM.az”ın  ETSN- dən aldığı məlumata görə sentyabrın 15-də ərazidə olan Ekologiya İdarəsinin  müfəttişləri Bələdiyyə sədri Nurlana Zülfüqarovaya inzibati tənbeh qaydasında 2000 manat cərimə yazıblar. Eyni zamanda ərazinin təmizlənməsinə məcburi göstəriş veriblər.Bundan sonra Bərdə rayon Divanlı Kənd Bələdiyyəsinin gördüyü tədbir nəticəsində ərazidəki zibillik yığışdırılıb. Ancaq buna baxmayaraq  ərazinin yenidən zibillinməsi müşahidə olunub. Buna da səbəb həmin yerdə zibil  qutusunun qoyulmaması, məişət tullantılrının daşınmasının düzgün tənzimlənməməsi ola bilər. Belə davam edərsə ərazinin yenidən zibilliyə çevrilməsi , heç şübhəsiz ki, qaçılmaz olacaqdır.                                                                                ƏVVƏL:                                                                                                                                                                                                                     İNDİ:                                 
Tarix: 18-09-2018, 15:17
Xəbəri paylaş





Xəbər lenti