Əgər Ağcabədinin icra başçısı Şahin Məmmədov vəzifəsindən azad olunarsa, bu, prezidentin masasına gedəcək dosye əsasında baş verəcək
Cahan.info xəbər verir ki, bu arayış məlumatlar isə onun müavinlərinin fəaliyyəti, icra başçısına tikməkdə olduqları "torba"ya istinad edəcək.
Bu haqda azerbaycaninfo.az yazıb ki, Ş.Məmmədova qarşı komandasında formalaşan trio onun sonunu yaxınlaşdıran əməllərlə məşğul olmaqda ittiham edilirlər.
Qeyd olunur ki, bütün iclaslarda müavinlər tərəfindən başçıya verilən məlumat və hesabatlar həqiqətə söykənmir. Burda məqsəd onun axırına çıxmaqdır.
Başçının çevrəsində elə bir üçbucaq yaradılıb ki, rəhbərliyin rayon barədə məlumat almaq imkanları məhdudlaşdırılıb. Ş.Məmmədov ətrafında yaranan bu “üçlük" hüquq şöbəsi müdiri Hafiz Hüseynov, müavinləri Xaliq Mirzəyev və Naibə Mustafayevadır.
Onların fəaliyyət və hesabat məlumatları PA-ya çatır və kurator bu arayışa istinadla Ağcabədidəki vəziyyəti prezidentə məruzə edir.
Ümumiyyətlə, kuratorlar prezidentə məruzə edərək bölgələrdəki şəraitdən ətraflı bəhs edirlər. Bu məlumatlar regionlarda icra hakimlərinin taleyini həll edir.
Yalan məlumatlarla başçını aldadan “üçlük” görülən işlərin, tapşırıq və göstərişlərin nəticələrini şişirdərək Şahin Məmmədovu aldatmaqla onun etibarını qazanmağa müvəffəq olublar.
Şahin Məmmədovun rayonda apardığı quruculuq işləri bu üçlüyün əməlləri sayəsində gözdən salınır. Pambıq əkini ilə bağlı başçının aldadıldığını qeyd edilir.
Xaliq Mirzəyev başçıya özünü əvəzolunmaz işçi, yalançı çalışqan kimi göstərməklə qardaşını Suvarma Sistemləri İdarəsinə rəis təyin elətdirməyə belə nail olmağı bacarıb.
Cahan.info mediaya istinadla xəbər verir ki, Xaliq Mirzəyevin Ağcabədidə bütün idarə, müəssisə müdirlərinə “sənin iliyini vuraram”, “mən deyən olmalıdır” kimi hədə və təhdidləri hər kəsə bəllidir.
Hələ ötən dərs ilində Ağcabədi şəhər 11 saylı məktəbin ikinci sinfində oxuyan oğlu ilə digər bir şagird arasında yaranmış mübahisəyə dərhal müdaxilə etmiş və həmin şagirdi döydüyü yaddaşlardan silinməyib.
Naibə Mustafayevanın da çiyninə şahlıq quşu tez-tez qonur. YAP Qadınlar Şurasının sədri, daha sonra isə RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri kim daha mötəbər bir vəzifəyə gətirilir. Həmçinin, bu “üçlüyə” Naibə Mustafayevanın rəhbərlik etdiyi bildirilir.
Cahan.info xəbər verir ki, icra başçısı Şahin Məmmədov əlini ağdan qaraya vurmayıb. Onun rəhbərliyi dövründə Ağcabədi rayonu inkişafdan geri qalıb ki, bu yuxarıları da narazı salıb.
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı yazdığı məqalədə təkrar müraciətlər olan rayonlar arasında Ağcabədinin də adını çəkib.
Ağcabədi rayonunda Saat qülləsinin tikilməsi üçün Rayon İcra Hakimiyyəti açıq tender elan etməsi (https://report.az/ infrastruktur/agcabedide-saat-qullesinin-tikilmesi-ucun-tender-elan-edilib) haqqında məlumat yayılmışdı.
Tenderlə bağlı məlumatda qeyd edilir ki, Saat qülləsinin Ağcabədi şəhərindəki Heydər Əliyev prospektində inşası nəzərdə tutulur. İddiaçıların tenderdə iştirak etmək üçün müvafiq sənədləri oktyabrın 17-dək Ağcabədi Rayon İcra Hakimiyyətinə təqdim etməli olduqları da məlumatda yer alıb.
İctimaiyyətin diqqətinə o da çatdırılır ki, iddiaçıların təklifləri oktyabrın 19-da RİH-in inzibati binasında açılacaq. Rayon İcra Hakimiyyətlərinin tendelərlə bağlı elanları tez-tez rastlaşmadığımız məlumatların sırasına aid olduğu üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin bu məlumatı ilk baxışda alqışa layiq addım kimi görünür.
Ancaq bu məlumatla bağlı kiçik bir araşdırma çox ciddi saxtakarlıqları üzə çıxardı. "Yeni Sözçü" qəzeti yazıb ki, Ağcabədi Rayon İcra hakimiyyətinin rəsmi saytının xəbərlər bölümündə 14.07.2018-ci il tarixli bir məlumat var.
Məlumatda Ağcabədi rayonunda 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilməsi haqqında bilgilər yer alıb.
Həmin məlumatda Ağcabədi şəhərinin Heydər Əliyev prospektində səkilərdə təmir-bərpa işləri aparılmasından geniş bəhs olunur.
Həmin ünvanda təmir-pərpa işlərinin faktiki olaraq hər il aparılması ayrı bir söhbətin mövzusudur və bu məqama ötən sayımızda "Məmurlar büdcə pullarını hara xərcləyirlər?-FOTO” başlıqlı məqalədə geniş toxunmuşuq.
Maraqlananlar həmin məqaləni "Yeni Sözçü” qəzetinin veb saytından (http://sozcu.info/hadise/7632-memurlar-budce-pullarini-hara-xercleyirler-foto.html) oxuya bilərlər.
Saat qülləsinin tikilməsi üçün Rayon İcra Hakimiyyəti açıq tenderlə bağlı elanla bu məlumat bir-birini təkzib etdiyi üçün kiçik bir araşdırma aparmağa çalışdıq. Bu zaman məlum oldu ki, tikintisi ilə bağlı tender elan olunmuş Saat qülləsinin tikintisi nəyinki aparılır, hətta başa çatmaq üzrədir.
Qüllədə son tamamlama işləri aparılır və saatın özü də artıq quraşdırılıb. Bu məlumat isə yalnız sözdən ibarət deyil. Məqaləyə əlavə olunan fotolar da deyilənləri təsdiq edir. http://sozcu.info/sosial/7704-agcabedide-tender-saxtakarligi.html
Bütün bunlar isə tender əməliyyatlarının nə qədər saxta xarakter daşıdığını gösrərir. Saat qülləsi ilə bağlı tender ətrafında üzə çıxan bu saxtakarlıq Ağcabədi rayonunda həyata keçirilmiş tenderlərin şəffaf şəkildə araşdırılmasını zəruri edir.
RİH-nin mövqeyini dərc etməyə hazırıq.